Milli Referens Laboratoriyasında beynəlxalq standartlara uyğun analizlər həyata keçirilir
27 Aprel 2021 12:15
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində ölkədə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunması, həmçinin karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan 15 laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyalardan biri də Milli Referens Laboratoriyasıdır. Milli Referens Laboratoriyasında qida təhlükəsizliyi parametrləri üzrə qida və kənd təsərrüfatı məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyini aparılır.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı (WHO) tərəfindən qurulmuş Kodeks Alimentarius Komissiyasının qəbul etdiyi qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə normalara uyğunlaşma çərçivəsində Milli Referens Laboratoriyasında bitki məhsullarında 250–yə qədər pestisid qalığının, heyvan mənşəli məhsullarda 25 adda antibiotik qalığının miqdarının təyini ilk dəfə olaraq Yüksək Performanslı İkiqat Kütlə-spektrometr detektorlu Maye Xromatoqrafı və İkiqat Kütlə-spektrometr detektorlu Qaz Xromatoqrafı kimi cihazlar vasitəsilə həyata keçirilir.
Laboratoriyada kənd təsərrüfatı məhsullarının, qida və qida məhsullarının, “ISO”, “EN, “AOAC”, “NMKL”, “FDA” kimi beynəlxalq standartlarda qeyd olunan keyfiyyət, təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, toksikoloji, radioloji, parazitoloji, fiziki-kimyəvi, GMO və mənşə təyini müayinələri aparılır.
Oxşar xəbərlər
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
Heyvanların identifikasiyası niyə vacibdir? – Maarifləndirici çap məhsulları hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhəmiyyəti ilə bağlı maarifləndirici çap məhsulları hazırlanıb. Materiallarda heyvanların fərdi identifikasiyasının baytarlıq tədbirlərinin daha dəqiq və effektiv həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və yayılmasının qarşısının alınmasına imkan verdiyi qeyd olunur. Həmçinin heyvanların identifikasiyasının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirildiyi, fermer və sahibkarların bu məqsədlə AQTA-nın regional bölmələrinə və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) müraciət edə biləcəyi barədə məlumat verilir. Çap məhsulları fermerlər və təsərrüfat sahibləri arasında paylanılacaq və onların maarifləndirilməsi məqsədilə istifadə olunacaq.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş