Multimonitorinq Planının icrası istiqamətində tədbirlər davam etdirilir
11 İyul 2023 18:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın təmin edilməsi məqsədilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə hallarının və daxil olan istehlakçı şikayətlərinə əsasən, məlumat bazasının təhlili nəticəsində bu sahədəki bir sıra nöqsanların müəyyənləşdirilərək müvafiq addımların atılmasına dair hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir. Planın icrası çərçivəsində müxtəlif qida məhsullarından nümunələr götürülüb və müayinə üçün laboratoriyalara təqdim olunub.
Belə ki, 86-sı buğda, 22-si çovdar unundan hazırlanmış olmaqla, 108 çörəkdən nümunə götürülüb. Bu nümunələrin 103-ü yerli, 5-i idxal edilən məhsuldan olub. Nümunələrin sınaq nəticəsinə əsasən, 97 məhsul qida sahəsində normativ sənədlərin tələblərinə cavab verib. 11 müxtəlif istehsalçıya məxsus çörəklərdə mikrobioloji göstəricilərdə uyğunsuzluq aşkar edildiyinə görə, həmin müəssisələrdə plandankənar yoxlama keçirilib. 8 müəssisə barəsində inzibati qaydada müvafiq tədbir görülüb, 1-nin fəaliyyəti dayandırılıb. Eyni zamanda ticarət şəbəkələrində satışı həyata keçirilən kolbasa və sosiska məhsullarından 159 nümunə götürülüb ki, bunların 67-si halal, 92-si qeyri-halal məhsullardır. Sınaq nəticələrinə əsasən, 22 istehsalçıya məxsus 45 məhsulda uyğunsuzluq aşkar edilib. Belə ki, 37 nümunənin etiket məlumatları ilə məhsulun faktiki tərkibi ilə uyğunsuzluq, 8 nümunənin isə təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb. Bununla əlaqədar, qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, o cümlədən sözügedən məhsul partiyalarının ticarət şəbəkəsindən geri çağrılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Həmçinin 108-i yerli, 52-si idxal edilən olmaqla, ticarət şəbəkələrində satışda olan süd məhsullarından 160 nümunə götürülüb və müayinə məqsədilə laboratoriyaya təqdim edilib. Nümunələrin sınaq nəticəsinə əsasən, 139 məhsul normativ sənədlərin tələblərinə cavab verib. 16 istehsalçıya məxsus 21 məhsulda uyğunsuzluq aşkar olunub. Uyğunsuzluq aşkarlanan 3 müəssisənin fəaliyyəti dayandırılıb, 11-i ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilib. Eləcə də AQTA tərəfindən 11 yerli istehsalçıya məxsus 21 dondurmadan nümunələr götürülərək müayinə aparılması üçün müvafiq laboratoriyaya təqdim olunub. Nümunələrin sınaq nəticələrinə əsasən, 17 nümunədə uyğunsuzluq aşkar edilməyib. 3 istehsalçıya məxsus 4 məhsulda isə uyğunsuzluq aşkarlanıb. Qeyd edilən müəssisələrdə plandankənar yoxlama həyata keçirilərək qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.
Oxşar xəbərlər
Şadlıq saraylarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır - VİDEO
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən şadlıq saraylarında mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. AQTA-nın Bakı Regional bölməsinin rəisi Elşad Cəbrayılov bildirib ki, şadlıq sarayları yüksək risk qrupuna aid qida obyektləridir. Bu səbəbdən obyekt rəhbərləri qida təhlükəsizliyi tələblərinə əməl olunmasını, xüsusilə mətbəxlərin sanitar-gigiyenik vəziyyətinin, işçilərin şəxsi gigiyenasının, qida məhsullarının daşınması, saxlanması və hazırlanması qaydalarının təmin edilməsini diqqətdə saxlamalıdırlar. Elşad Cəbrayılov kütləvi qidalanma xidmətləri göstərən obyektlərin rəhbərlərini qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırıb. Daha ətraflı:
“Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb
Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. Məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib. Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Araşdırma yekunlaşanadək “Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb.
Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Şagirdlərin qida məhsulunu alaraq istehlak etdikləri bufetdə yoxlama aparılıb, fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Yoxlama zamanı bufetdə satışa çıxarılan qida məhsullarından nümunələr götürülərək laboratoriyaya göndərilib. Araşdırmalar davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə Koordinatoru olacaq
Giriş