Ölkəmizdən Türkiyə Respublikasına heyvan və heyvan mənşəli məhsulların ixracı zamanı tətbiq olunan nodulyar dermatit xəstəliyi ilə bağlı məhdudiyyət aradan qaldırılıb
6 Oktyabr 2021 15:42
Məlum olduğu kimi, 2014-cü ildə respublikamızın Biləsuvar, Cəlilabad, Ucar və Ağdaş rayonları ərazilərində iribuynuzlu heyvanların nodulyar dermatit xəstəliyi qeydə alınıb.
Heyvanların yoluxucu xəstəliyi olan nodulyar dermatit viruslar tərəfindən törədilir və ölkəmizdə ilk dəfə 2014-cü ildə baş verib. Bu viruslar qansoran həşəratlar vasitəsilə də yayıldığı üçün bəzi hallarda mövsümi epizootiyaların yaranmasına səbəb olur. Xəstəlik heyvanların tələfatı və onların məhsuldarlığının aşağı düşməsinə, bununla da ciddi iqtisadi itkilərə səbəb olur. Ona görə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) müvafiq təlimatlarına əsasən, xəstəlik baş vermiş ölkələrdən və ya zonalardan iribuynuzlu heyvanlar və onlara aid məhsulların ixracatına məhdudiyyət tətbiq edilir.
Bununla bağlı ölkəmizin üzv olduğu OIE-nin müvafiq tələblərinə əsasən, xəstəlik aşkarlanandan dərhal sonra xəstəlik ocaqlarının ləğv olunması və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi istiqamətində işlər aparılıb, epizootik sağlamlıq statusu bərpa olunanadək həmin təşkilata dövri olaraq məlumatlar təqdim edilib.
Sözügedən xəstəliyin digər ölkələrə keçməsinin qarşısının alınması məqsədilə, OIE-nin tələblərinə uyğun olaraq, ölkəmiz Türkiyə Respublikasına heyvan və heyvan mənşəli məhsulların ixracı ilə əlaqədar məhdudiyyətlər siyahısına salınıb.
2021-ci il 27-29 sentyabr tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyətləri arasında keçirilən görüşdə xəstəliklə mübarizə tədbirləri barədə ətraflı məlumat verilib, görülən tədbirlər sayəsində xəstəliyin 2014-cü ilin noyabr ayından sonra ləğv edildiyi və həmin tarixdən respublikamızda nodulyar dermatit xəstəliyinə rast gəlinmədiyi qardaş ölkənin nümayəndə heyətinin diqqətinə çatdırılıb. Həyata keçirilən tədbirlər çərçivəsində ölkəmizdən Türkiyə Respublikasına heyvan və heyvan mənşəli məhsulların ixracı zamanı tətbiq olunan nodulyar dermatit xəstəliyi ilə bağlı məhdudiyyət aradan qaldırılıb.
Oxşar xəbərlər
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
Heyvanların identifikasiyası niyə vacibdir? – Maarifləndirici çap məhsulları hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhəmiyyəti ilə bağlı maarifləndirici çap məhsulları hazırlanıb. Materiallarda heyvanların fərdi identifikasiyasının baytarlıq tədbirlərinin daha dəqiq və effektiv həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və yayılmasının qarşısının alınmasına imkan verdiyi qeyd olunur. Həmçinin heyvanların identifikasiyasının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirildiyi, fermer və sahibkarların bu məqsədlə AQTA-nın regional bölmələrinə və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) müraciət edə biləcəyi barədə məlumat verilir. Çap məhsulları fermerlər və təsərrüfat sahibləri arasında paylanılacaq və onların maarifləndirilməsi məqsədilə istifadə olunacaq.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş