Ölkəyə idxal olunan bir sıra ət məhsullarında uyğunsuzluq aşkarlanıb
2 Aprel 2025 16:14
Nəzarət tədbirləri çərçivəsində ölkəmizə idxal olunan bir sıra ət məhsulu partiyalarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrdə uyğunsuzluq aşkarlanıb.
Uyğunsuzluq aşkarlanan məhsullar aşağıdakılardır:
|
№ |
Məhsulun adı |
Miqdarı |
Mənşə ölkəsi |
İdxalçı şirkət |
Aşkar olunan uyğunsuzluq |
|
1 |
Dondurulmuş mal əti |
20 ton |
Ukrayna |
"Gourment" MMC |
İnsan istehlakı üçün yararsız |
|
2 |
Dondurulmuş mal əti |
20 ton |
Ukrayna |
”Azer Land” MMC |
İnsan istehlakı üçün yararsız |
|
3 |
Dondurulmuş mal əti |
20 ton |
Ukrayna |
“Halal Food” MMC |
İnsan istehlakı üçün yararsız |
|
4 |
Dondurulmuş mal əti |
30 ton |
Ukrayna |
“Qafqaz Konserv Zavodu” MMC |
İnsan istehlakı üçün yararsız |
|
5 |
Dondurulmuş mal əti |
20 ton |
Ukrayna |
“Qafqaz Konserv Zavodu” MMC |
Parazitar sirayətlənmə |
|
6 |
Dondurulmuş mal əti |
6.18 ton |
Ukrayna |
"Hereti Bottling Company" MMC |
İnsan istehlakı üçün yararsız |
|
7 |
Dondurulmuş mal əti |
0.55 ton |
Belarus |
“Halal Food” MMC |
İnsan istehlakı üçün yararsız |
|
8 |
Dondurulmuş mal əti |
5.06 ton |
Braziliya |
"M & T" LTD firması |
İnsan istehlakı üçün yararsız |
|
9 |
Dondurulmuş sümüksüz donuz əti |
22.08 ton |
Rusiya |
"Universal-SVS" MMC |
İnsan istehlakı üçün yararsız |
|
10 |
Dondurulmuş qoyun əti |
8.2 ton |
Monqolustan |
"Eleven Group" MMC |
İnsan istehlakı üçün yararsız |
|
11 |
Dondurulmuş toyuq hissələri |
20.4 ton |
Ukrayna |
"HRT Group" MMC |
Salmonella |
|
12 |
Hisə verilmiş balıq filesi |
0.264 ton |
Belarus |
“Food Fish” MMC |
Listeria monocytogenes |
Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş