Pandemiya dövrünün tələbləri ilə bağlı sahibkarlar arasında aparılan təbliğat-təşviqat işlərinin miqyası genişləndirilir
19 Yanvar 2021 15:47
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, koronavirus dövründə ictimai iaşə müəssisələrində COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həm sahibkarlar, həm də müştərilər tərəfindən bir sıra qaydalara əməl edilməlidir. Belə ki, insanların sıx toplaşdığı mühit infeksiyanın yayılma intensivliyinə birbaşa təsir etdiyindən COVID-19-un profilaktikası məqsədilə hər bir ictimai iaşə müəssisəsində müştəri qəbulu 2 dəfə azaldılmalı, adambaşına müəyyən edilən sahə isə 2 qat artırılmalıdır. Həmçinin qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.
İctimai iaşə müəssisələrində mütəmadi olaraq təmizlik-dezinfeksiya işləri aparılmalı, işçi heyət şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyi əsas şərtlərdən biridir.
Agentlik tərəfindən ictimai iaşə müəssisələrində koronavirus infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı mütəmadi olaraq istehlakçılar və sahibkarlar arasında geniş təbliğat-təşviqat işləri həyata keçirilir. Bu məqsədlə cari ildə aparılan maarifləndirmə tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən 4 müxtəlif mövzuda buklet hazırlanaraq respublikanın bütün bölgələrində ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə paylanılmasına başlanılıb. Eyni zamanda koronavirus profilaktikasına dair hazırlanan, metodiki göstərişlərin tələblərini özündə əks etdirən 74 adda poster həm Agentliyin sosial şəbəkə hesabları, həm də onlayn media vasitəsilə işıqlandırılıb, həmçinin Bakı şəhəri daxil olmaqla respublikanın bütün bölgələrində fəaliyyət göstərən ictimai iaşə və ərzaq satışı mağazalarında quraşdırılması təmin olunub.
Oxşar xəbərlər
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarət məqsədilə respublika üzrə fəaliyyət göstərən kəsim məntəqələrində növbəti monitorinqlər həyata keçirilib.
Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir
Heyvan kəsimi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər qida təhlükəsizliyinin təmin olunması və bioloji təhlükəsizlik sisteminin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev bildirib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən, 2018-ci ildən etibarən ölkədə mobil, modul və stasionar tipli heyvan kəsim məntəqələrinin yaradılmasına başlanılıb. Agentlik tərəfindən müxtəlif tutumlu kəsim məntəqələrinin texnoloji sxemləri hazırlanaraq sahibkarlara təqdim edilib və bu istiqamətdə görülən işlər müsbət nəticələr verməkdədir.
Təsərrüfatlarda donuzlar arasında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizin donuzların Afrika taunu xəstəliyindən azad statusunun qorunub saxlanılması, eləcə də digər xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır və nəticələr barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına hesabatlar təqdim edilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş