Pandemiya dövrünün tələblərinə əməl olunması ilə bağlı mehmanxanalarda reydlər davam etdirilir
25 Sentyabr 2020 17:48
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları” əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Dövlət Turizm Agentliyi və digər aidiyyəti qurumların mütəxəssislərindən ibarət monitorinq qrupu tərəfindən mehmanxanalarda yoxlama nəzarət tədbirləri davam etdirilir.
Pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə 21-24 sentyabr 2020-ci il tarixlərində xüsusi monitorinq qrupları tərəfindən 148 mehmanxanada reydlər keçirilib. Aparılan yoxlamalar zamanı ümumilikdə 128 obyektdə epidemiya əleyhinə, habelə COVID-19-un profilaktikasına dair zəruri qayda və tələblərin pozulduğu müəyyən edilib. Fəaliyyətində nöqsanlar aşkarlanmış mehmanxanalarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb.
Həmçinin mehmanxana sahiblərinə və orada çalışan işçi heyətə koronavirus pandemiyası dövründə mehmanxanaların fəaliyyətinin təşkili ilə bağlı zəruri tələblər və qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Qeyd edək ki, aidiyyəti dövlət qurumları ilə birlikdə təşkil olunan monitorinq qrupları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən mehmanxanalarda yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş