
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ilə görüşüb. Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cahit Bağcı, Avropa İttifaqı və Xarici İşlər üzrə Baş İdarə rəisi Fuat Kasımcan da iştirak edib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin iştirakı ilə Şəmkir rayonunda bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib.

26 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı, Sumqayıt şəhərləri və Masallı rayonunda fəaliyyət göstərən 9 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı ilə görüşüb.

25 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 6 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 3 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 4 müəssisədə nöqsanlar müəyyən olunub.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan qida təhlükəsizliyi qeydiyyatından keçmiş şirkətlərin əməkdaşları üçün ödənişsiz təlimləri davam etdirir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Mərkəzi Baytarlıq Laboratoriyasının Qax, Sabirabad, Bərdə, Quba regional bölmələrində, Göygöl, Lənkəran və Tovuz regional sınaq laboratoriyalarına baytarlıq sahəsində seroloq, mikrobioloq və virusoloq vəzifələri üzrə ixtisaslaşmış mütəxəssisləri işə dəvət edir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Bolqarıstan Respublikasının Burqas vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb.

Vətəndaş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Arif Müsəllim oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

22 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 11 ticarət müəssisəsi və 4 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 9 müəssisədə nöqsanlar müəyyən olunub.

Rusiya Federasiyasından idxal olunan “Ставропольский Бройлер” MMC-nin “Благодарненский” ət və quşçuluq kombinatına məxsus quş əti məhsulunda aşkarlanmış (salmonella <25 qr) uyğunsuzluqla bağlı Agentlik tərəfindən qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

“Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi Layihəsi” çərçivəsində keçirilən regional seminar üçün Azərbaycanda səfərdə olan türkiyəli mütəxəssislər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.