Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Mədən küçəsində yerləşən və fiziki şəxs Səxavət Rüstəm oğlu Mamedova məxsus istixanada planlı yoxlama aparılıb. Yoxlama zamanı ilkin istehsal müəssisəsində nöqsanlar aşkar edilib.
Agentliyin müfəttişləri tərəfindən Şəki şəhəri, B.Vahabzadə küçəsində fəaliyyət göstərən və fiziki şəxs Samir Lətif oğlu Abdurahmanova məxsus çörək sexində plandankənar yoxlama aparılıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Çin Xalq Respublikasının Chongqing əyalətində dabaq, Hunan və Siçuan əyalətlərində isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
Agentlik əməkdaşları tərəfindən Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, döngə 2 ünvanında fəaliyyət göstərən Əkbərov İdrak Əliməmməd oğluna məxsus fərdi yaşayış sahəsində yerləşən quş kəsimi müəssisəsində plandankənar yoxlama keçirilib.
Agentliyin müfəttişləri tərəfindən Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, 1A ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyev Akif Siyaş oğluna məxsus “Çaldaş” su emalı müəssisəsində yoxlama aparılıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “Açıq qapı” layihəsi davam edir. Layihə çərçivəsində Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda növbəti “Açıq qapı” günü təşkil olunub.
İnstitutun bir qrup əməkdaşı səmərəli fəaliyyətlərinə görə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 5 illik yubileyi və 7 İyun-Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə təltifə layiq görülüb.
Agentliyin əməkdaşları tərəfindən Masallı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayonun Qızılağac kəndi ərazisində faəliyyət göstərən fiziki şəxs Sadıqov Zahid Qiyas oğluna məxsus yağ istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub dairəsində nodulyar dermatit, Rusiya Federasiyasının Nijeqorod vilayətində Nyukasl, Argentina Respublikasının Entre-Rios və Ekvador Respublikasının Napo, Pastasa, Morona-Santyaqo, Kanyar əyalətlərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
5-6 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şəmkir, Xaçmaz, İsmayıllı rayonlarında bir sıra nöqsanlar aşkar olunub.
2-6 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 34 ticarət müəssisəsi, o cümlədən 4 aptek və 20 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 29 müəssisədə nöqsanlar müəyyən olunub.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Amerika Birləşmiş Ştatlarının Tennessi ştatının Deyvidson dairəsində süngərvari ensefalopatiya, Tunis Respublikasının Qafsa inzibati ərazi vahidində dabaq, Rusiya Federasiyasının Yaroslav vilayətində və Meksika Birləşmiş Ştatlarının Aquaskalyentes ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.