Qida zəhərlənmələri bütün dünyada tez-tez rast gəlinən bir haldır və isti havalarda, yaz-yay aylarında daha çox təsadüf edilir. Zəhərlənmələrə mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qida qəbulu səbəb ola bilər. Son illərin statistik rəqəmlərinə əsasən, qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir. Qida zəhərlənmələrindən qorunmaq üçün evdə qida hazırlayarkən tövsiyə olunan gigiyena qaydalarına əməl etmək lazımdır:
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin sağlamlaşdırılması məqsədilə tədbirləri davam etdirir.
Cari ilin noyabrında Bakı şəhərində ölkəmizin ev sahibliyi ilə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə “Vahid Sağlamlıq: sektorlararası dialoqla COP29-a hazırlıq” adlı simpozium keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 155 nömrəli Qərarı qüvvəyə mindiyi gündən etibarən ölkə ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının və yem əlavələrinin qeydiyyatı prosesi həyata keçirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti 22-25 iyul tarixlərində Misir Ərəb Respublikasında işgüzar səfərdə olub.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Qax şəhəri, Azərbaycan prospekti, ev 2F ünvanında fəaliyyət göstərən “Qafqaz Beer CO” MMC-yə məxsus pivə istehsalı müəssisəsində yoxlama həyata keçirilib. Müəssisədə sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulmasına dair ciddi nöqsanlar aşkar edilib.
15-19 iyul 2024-cü il tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri, Abşeron, Lənkəran, Masallı və Şirvan rayonları üzrə fəaliyyət göstərən 26 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Azərbaycan Dövlət Aqrar Universitetində baytarlıq və əczaçılıq ixtisasları üzrə bakalavr təhsili alan tələbələr və həmin ixtisaslar üzrə təhsilini son 5 ildə başa vurmuş məzunlar üçün təlim-təcrübə kursunu davam etdirir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində fəaliyyət göstərən apteklərdə satılan bioloji aktiv qida məhsullarının mövcud tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədilə müntəzəm olaraq nəzarət tədbirləri həyata keçirilir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) pestisid və aqrokimyəvi maddələrin təhlükəsiz dövriyyəsinə nəzarət şöbəsinin müdiri İvan Potapovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qida zəhərlənməsi mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qidaların istehlakı nəticəsində baş verir. Qida məhsullarının saxlanması zamanı müvafiq qaydalara əməl olunmadıqda çirklənmə baş verə bilər.