Qida Təhlükəsizliyi Agentliyinə Mingəçevir şəhəri Günəş qəsəbəsində antisanitar şəraitdə limonad istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Daxil olan şikayət əsasında qeyd olunan ərazidə Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib. Monitorinq zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb. Belə ki, ilkin baxış keçirilərkən qida təhlükəsizli
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Avstriyanın Azərbaycandakı səlahiyyətli səfiri və qida sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə AQTA-nın aparat rəhbəri Zəkiyyə Mustafayeva nümayəndə heyətinə Agentliyin fəaliyyət istiqamətləri və qarşıya qoyulan hədəflər haqqında m
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəsisləri Biləsuvar və Beyləqan rayonlarında pambıqçılıqla məşğul olan fermerlərlə görüş keçirib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumlarının mütəxəsisləri, Azərbaycan Gübrə İdxalçıları və İstehsalçıları Assosasiyasının əməkdaşları və xarici müt
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla maarifləndirici görüş keçirib. Görüşdə heyvanların saxlanılması və yetişdirilməsi ilə məşğul olan heyvandarlıq təsərrüfatlarının rəhbərlərinə Agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Təhlükəs
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi 23 iyun dövlət qulluqçularının peşə bayramı münasibəti ilə Quba rayonuna səfər təşkil edib. Səfər çərçivəsində Agentlik əməkdaşları zəngin təbiəti və adət-ənənələri ilə seçilən Quba rayonunda asudə vaxt keçiriblər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir. Bununla bağlı olaraq paytaxtın Səbail rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reydlər ke
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktor müavini Nabil Gangi ilə görüşüb. Agentlik sədri ölkədə yeni qida təhlükəsizliyi mexanizminin formalaşdırılması istiqamətində beynəlxalq təşkilatlar, xüsusilə BM
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentlik və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) çalışmaq istəyən universitet məzunları ilə görüşüb. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda keçirilən görüşdə Azərbaycan Tibb Universiteti, M.V. Lomonosov adına Moskva Dövlət Unive
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir. Bununla bağlı olaraq iyunun 21-də paytaxtın Binəqədi rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələr
Ağcabədi rayonunda satış üçün hazırlanmış ümumi çəkisi 82 kq olan bir baş istehlaka yararsız heyvan cəmdəyi aşkar olunub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Ağcabədi rayonu Aşağı Avşar kəndi ərazisində axşam saatlarında vətəndaş İsmayılov Camil Yunis oğluna məxsus kəsim sahəsinə
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələri davam etdirir. Agentliyin əməkdaşları tərəfindən növbəti monitorinqlər Ağcabədi rayonunun Minəxorlu, Kəhrizli, Muğanlı kəndləri və rayon mərkəzində yaşıllıqlarda, bağlarda, əkin və həyətyanı sahələr
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) UNİCEF-in Səhiyyə üzrə Regional müşaviri Bazil Rodriges ilə görüş keçirilib. Görüşdə AQTA-nın sədr müavini Rüfət Rüstəmzadə UNİCEF-in nümayəndə heyəti ilə beynəlxalq qurumun Azərbaycan üzrə 2021-2025-ci illər üçün növbəti "Ölkə üzrə