18-29 mart 2024-cü il tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Xaçmaz, Masallı, Lənkəran, Qazax rayonlarında fəaliyyət göstərən 18 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
AQTİ-nin mütəxəssisləri tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cari ilin 15-19 aprel tarixlərində quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçiriləcək.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid arasında görüş keçirilib.
Agentliyin əməkdaşları tərəfindən Qəbələ şəhəri, İ.Qaibov küçəsində fəaliyyət göstərən “RN” ərzaq mağazasında planlı yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Liviya Dövlətinin Vadi əl Həyat dairəsində xırdabuynuzlu heyvanların çiçək, Əl Cifara, Az Zəviyyə dairələrində isə nodulyar dermatit xəstəliyi qeydə alınıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində biotəhlükəsizliyi təmin etmək üçün mütəmadi olaraq bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında monitorinqlər aparır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yaxın zamanlarda “Ana südü əvəzedilməzdir” adlı layihəyə başlanılması nəzərdə tutulub.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Monqolustanın Övörxanqay, Dundqovi vilayətlərində, Liviya Dövlətinin Əl-Vəhət inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların çiçək, Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirir.