AQTİ mütəxəssisləri tərəfindən növbəti təlim Xaçmaz rayonunda yerləşən “Qafqaz Konserv Zavodu” MMC-nin Xaçmaz Konserv Fabrikində təşkil olunub. Fabrikin əməkdaşları üçün keçirilən təlim “Qida sahələrində gigiyena tələbləri” mövzusunu əhatə edib.
25 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 10 ticarət müəssisəsi və 7 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 9 müəssisədə nöqsanlar müəyyən olunub.
2023-cü ilin 9 ayı ərzində respublika ərazisində 8-i planlı, 4-ü plandankənar olmaqla, 12 çiy dönər istehsalı, həmçinin 54-ü planlı, 36-sı plandankənar olmaqla, 90 dönər hazırlanan ictimai iaşə müəssisəsində yoxlama aparılıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları Azərbaycan Turizm və Menecment Universitetində qida sahəsinə aid olan ixtisaslar üzrə təhsil alan tələbələrlə görüş keçirib.
Belarus Respublikasının ixracatçı şirkəti “Агрокомбинат Скидельский” ASC-yə məxsus müəssisədə istehsal olunan dondurulmuş quş əti məhsulunda aşkarlanmış uyğunsuzluqla bağlı Agentlik tərəfindən qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
23-24 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 9 ticarət müəssisəsi, o cümlədən 4 aptek və 22 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 18 müəssisədə nöqsanlar müəyyən olunub.
23-24 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Ağcabədi, Masallı, Tovuz rayonlarında fəaliyyət göstərən 12 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan və qida təhlükəsizliyi qeydiyyatından keçmiş şirkətlərin əməkdaşları üçün ödənişsiz təlimləri davam etdirir.
Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsi, ev 13 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehdiyev Ramal Rivan oğluna məxsus “Puşkin” restoranında antisanitar vəziyyətlə bağlı daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Nəzarət tədbirləri çərçivəsində Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 360A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ələsgərova Xatirə Şərif qızına məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşəbbüsü ilə həyata keçirilən SOVQAT layihəsi davam etdirilir. Layihə çərçivəsində təşkil olunan növbəti “Peşəkarlarla görüş” “Qida sahəsində gigiyena tələbləri” mövzusuna həsr edilib.