Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi xarici ölkələrdə fəaliyyət göstərən və məhsulları respublikamıza idxal edilən qida obyektlərinin təsdiqi prosesini və bu istiqamətdə müvafiq tədbirləri davam etdirir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şəmkir rayonunda yerləşən heyvandarlıq təsərrüfatı sahibləri ilə kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi işlərinin aparılması mövzusunda interaktiv formada görüş keçirilib.
30 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhərində fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Cari il ərzində Agentliyin əməkdaşları tərəfindən 15 ölkə üzrə 224 xarici qida obyektində qiymətləndirmə aparılıb. Həmin müəssisələrdən 197-sinin təsdiqlənməsi başa çatdırılıb. 20 obyekt uyğunsuzluqların müəyyən olunmuş müddətdə aradan qaldırılması şərtilə təsdiq edilib.
27 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 9 ticarət müəssisəsi və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 12 müəssisədə nöqsanlar müəyyən olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
26-27 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı rayonunda fəaliyyət göstərən 10 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Daxil olan məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Məmmədov və M.Abbasov küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Nəbiyev Sübhan Nazim oğluna məxsus toyuq əti hissələrinin və unlu məmulatların emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
26 oktyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 10 ticarət müəssisəsi və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 17 müəssisədə nöqsanlar müəyyən olunub.
“Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi Qaydası və forması” təsdiq edilib. Qaydaya görə, məhsullara idxalçı ölkələr tələb etdiyi hallarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla sağlamlıq sertifikatı verilir.
AQTA ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti dəfə xəbərdarlıq edərək bildirir ki, xarici ölkələrdə fəaliyyət göstərən qida obyektləri Agentlik tərəfindən təsdiq edilmədiyi halda, yüksək riskli qida və yem məhsullarının idxalına məhdudiyyət tətbiq olunacaq.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu əməkdaşlarının ölkədə fəaliyyət göstərən ali məktəklərin tələbələri ilə görüşləri davam edir. Müvafiq fəaliyyət istiqaməti üzrə növbəti görüş UNEC - Azərbaycan Dövlət İqtisad Universitetində qida mühəndisliyi fakültəsinin tələbələri ilə keçirilib.