Pomidor istehsalı və ixaracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
20 May 2022 09:46
![Pomidor istehsalı və ixaracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/4659/16824836846787.jpg)
![Pomidor istehsalı və ixaracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/4659/16824836846787.jpg)
Azərbaycan Qida Təhlükəsiziliyi Agentliyində (AQTA) “Pomidor ixracı ilə bağlı mövcud vəziyyət və qarşıda duran məsələlər” mövzusunda pomidor istehsalçıları və daşıyıcı şirkətlərin rəhbərləri ilə onlayn formatda görüş keçirilib.
Görüşdə sədr müavini Rəşad Mafusov Agentlik tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri, o cümlədən pomidor bitkisinə qoyulan istehsal, ixrac tələbləri ilə bağlı sahibkarlara ətraflı məlumat verib. Qeyd olunub ki, istehsal olunan pomidor məhsulunun təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunluğu, bitkiçilik təsərrüfatlarında zərərvericilərə qarşı mübarizə tədbirlərinin tətbiqi kimi məsələləri sahibkarlar daim diqqət mərkəzində saxlamalıdırlar.
Daha sonra mövcud qaydaların optimallaşdırılması və proseslərin asanlaşdıırlması istiqamətində sahibkarların təklifləri dinlənilib.
Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)