Qanunsuz heyvan kəsiminin qarşısı alınır
28 İyul 2023 12:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
26 - 27 iyul tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri, Qax və Şamaxı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 16 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
||||
|
Bakı şəhəri üzrə |
|||||||
|
|
Əliyev Ramiz Rasim oğlu |
Nərimanov rayonu, Arif Heydərov küçəsi |
İnzibati protokol tərtib edilib
|
||||
|
|
Məmmədov Bəhruz Sovet oğlu |
Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 26 |
İnzibati protokol tərtib edilib |
||||
|
|
Əsədullayev Zaur Əhmədəli oğlu |
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi |
İnzibati protokol tərtib edilib |
||||
|
|
Abdullayev Rauf Hümbət oğlu |
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi |
İnzibati protokol tərtib edilib |
||||
|
|
Haqverdiyev Elməddin Ələkbər |
Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi |
İnzibati protokol tərtib edilib |
||||
|
|
Maniyev Rasim Tofiq oğlu |
Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi |
İnzibati protokol tərtib edilib |
||||
|
|
Maşanov Faiq Ağazeynal oğlu |
Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi |
İnzibati protokol tərtib edilib |
||||
|
|
Həşimov Ədalət Fətulla oğlu |
Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi |
İnzibati protokol tərtib edilib |
||||
|
|
İsmayılov Füzuli Ramiz oğlu |
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsi 43 |
İnzibati protokol tərtib edilib |
||||
|
|
Dadaşov Əli Nizami oğlu |
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsi 102 |
İnzibati protokol tərtib edilib |
||||
|
|
Abdullayev Nicat Cəlal oğlu |
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R. Cəfərov küçəsi ilə H.Hasilov küçəsinin kəsişməsi |
İnzibati protokol tərtib edilib |
||||
|
Qax rayonu üzrə |
|||||||
|
|
Məmmədov Səbuhi Ziyalov oğlu |
Qax şəhəri, İsmayıl Dağıstanlı küçəsi |
İnzibati protokol tərtib edilib |
||||
|
|
Balacayev Vüsal Hikmət oğlu |
Qax şəhəri, İsmayıl Dağıstanlı küçəsi |
İnzibati protokol tərtib edilib |
||||
|
|
İsmayılov Natiq Allahverdi oğlu |
Qax şəhəri, İsmayıl Dağıstanlı küçəsi |
İnzibati protokol tərtib edilib |
||||
|
|
Qədirli Mahmud Nadir oğlu |
Qax şəhəri, İsmayıl Dağıstanlı küçəsi |
İnzibati protokol tərtib edilib |
||||
|
Şamaxı rayonu üzrə |
|||||||
|
16
|
Rəhimov Elçin Rafiq oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
||||
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, ev 14 ünvanında yerləşən, fiziki şəxs Cümşüdova Aysel İntiqam qızına məxsus süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirib. İstehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Məlum olub ki, müəssisə təsdiqdən keçmədən qanunsuz fəaliyyət göstərib. Həmçinin obyektdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilmədiyi aşkarlanıb. Yoxlama zamanı tərkibində qaymaq olmayan məhsulun etiketində “Qaymaqlı şor” yazıldığı, emalın Bakı şəhərində aparılmasına baxmayaraq, dovğa, şor və qatıq məhsullarının etiketlərində coğrafi adlardan istifadə olunaraq “İsmayıllı şoru”, “İsmayıllı dovğası” və “İvanovka qatığı” qeyd edildiyi və bununla da istehlakçıların aldadıldığı məlum olub. Habelə müxtəlif istehsalçılara məxsus əmtəə nişanlı etiketlər (Çinar, Cantəpə, Fermer.V.D İvanuşka, Fermer və Emay), kiflənmiş və istifadə müddəti bitmiş süd məhsulları aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, süd məhsullarından laborator müayinələr üçün nümunələr götürülüb. İstehlaka yararsız məhsulların və qanunsuz etiketlərin məhv edilməsi barədə qərar qəbul olunub, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.
Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nələrə diqqət yetirməliyik?
İnsanlar göbələklərdən qədim zamanlardan istifadə edirlər. Bu məhsul zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, B, C, D qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir. Diqqətlə seçilmiş göbələklərdən düzgün hazırlanmış yeməklər təhlükəsiz və ləzzətli olur. Müasir diyetoloqlar məhsulun faydalılığı ilə bağlı müxtəlif fikirlər bildirirlər. Göbələk bitkisi qiymətli zülalların, təbii duzların və fermentlərin mənbəyi olmaqla yanaşı, həm də həzmi çətin qidalar qrupuna aiddir. Uşaqlar və hamilə qadınlar tərəfindən istehlakı arzuolunmazdır. Göbələyin yığılmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, insan həyatı üçün potensial təhlükə yaradır. Göbələyin tərkibində çoxlu toksinlər mövcuddur. Papaqlı göbələklərin tanınan 3000 çeşidi arasında yalnız 400 növü yeməlidir. Göbələk zəhərlənməsinə səbəb ola biləcək halların siyahısına aşağıdakılar daxildir: - tanış olmayan və şübhəli olan göbələklərin yığılması; - qurdlu və ya çürük, köhnə göbələklərin yığılması və istifadəsi; - aşağı keyfiyyətli qablaşdırmadan istifadə; - göbələk yığarkən şəxsi gigiyena qaydalarına əməl edilməməsi; - göbələkdən hazırlanmış qidanın saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması; - göbələklərin spirtli içkilərlə birlikdə istehlakı. Göbələkdən zəhərlənmə təhlükəsi məhsulu emal etməklə tamamilə aradan qaldırılmır. Konservləşdirilmiş göbələklər qapalı qabda uzun müddət saxlandıqda botulizmə səbəb ola bilər. Konservləşdirmə texnologiyasına riayət olunmalı və yeməyin hazırlandığı otağın gigiyenasına nəzarət edilməlidir. Kortəbii, bazarlarda və ya keyfiyyət sertifikatı olmayan hazır konservləşdirilmiş göbələk istehlak edilməməlidir. Göbələklərdən zəhərlənməyə ilk şübhə yarandığı halda, dərhal həkimə müraciət etmək lazımdır. Göbələk zəhərlənməsinin qarşısını almaq üçün göbələklərin tanınması, yığılması, daşınması, saxlanması və emalı texnologiyasına ciddi riayət etmək tövsiyə olunur.
Şabranda ət satışı məntəqəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şabran şəhəri, Mərkəzi Bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Mirzəyev Bəhmən Mirzəli oğluna məxsus ət satışı məntəqəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Ət satışı məntəqəsinin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl etmədiyi aşkarlanıb. Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, satış məntəqəsində nöqsanlar aradan qaldırılanadək xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
Giriş