Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
25 Avqust 2022 15:48
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
24 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 12 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 30 məntəqədə isə kəsim qurğuları sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanusuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
1. |
Abdullayev Misir Müzəffər oğlu |
Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 14 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
2. |
Məmmədov Mirzə Süleyman oğlu |
Yasamal rayonu, M. Xiyabani küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
3. |
Tapdıqlı Elməddin Səfadar oğlu |
Yasamal rayonu, M. Xiyabani küçəsi 89 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
4. |
Abdullayev Bəhruz Adil oğlu |
Yasamal rayonu, M. Xiyabani küçəsi 33 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
5. |
İbrahimov Ələsgər Mərdan oğlu |
Yasamal rayonu, I Alatava yaşayış məskəni, S.Mehdiyev küçəsi 97A |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
6. |
Qəhrəmanov Qardaşxan Məcid oğlu |
Yasamal rayonu, 1-ci Alatava, “İST Petrol”un yanı |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
7. |
İsmayılov İntizam Xanbaba oğlu |
Xətai rayonu, Cavanşir küçəsi 14 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
8. |
İmanov Samir Pariş oğlu |
Xətai rayonu, Ramiz Quliyev küçəsi və Cavanşir küçələrinin kəsişməsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
9. |
Nəzərov Nüsrət Mirzə oğlu |
Xətai rayonu, Xudu Məmmədov küçəsi 2 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
10. |
Əliyev Habil Oruc oğlu |
Xətai rayonu, Xudu Məmmədov küçəsi 11A |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
11. |
Paşayev Mayıl Hökməli oğlu |
Xətai rayonu, Xudu Məmmədov küçəsi 19 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
12. |
Hüseynov Azad Musabala oğlu |
Xətai rayonu, Xudu Məmmədov küçəsi 155 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
13. |
Məmmədov Abdulla Rəşid oğlu |
Xətai rayonu, Çingizxan Kərimov küçəsi 105 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
14. |
Abbasov Yusif Müseyib oğlu |
Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 22 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
15. |
Daşdəmirov Kərim Gülüş oğlu |
Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 23 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
16. |
Mirzəyev Baloğlan İsmayıl oğlu |
Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 15 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
17. |
Mikayılov İsmayıl Murtuza oğlu |
Xətai rayonu, |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
18. |
Qasımov Ənvər Əmirşah oğlu |
Xaçmaz rayonu, Hacıəlibəyli kəndi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
|
19. |
Yaqubov Zəki Seyfulla oğlu |
Xaçmaz Quba yolu, Ağyazı-buduq |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
20. |
Almazov Şıxsəddin |
Xaçmaz rayonu, Yergüc kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
21. |
İsmayılov Mehdi |
Xaçmaz rayonu, Hacıəlibəyli kəndi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
|
22. |
Yusifov Çingiz Hidayət oğlu |
Salyan rayonu, Kərimbəyli kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
23. |
Dadaşov Yusif İlkin oğlu |
Salyan rayonu, Kərimbəyli kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
24. |
Vəliyev Zaur Nizami oğlu |
Salyan rayonu, Qarabağlı kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
25. |
Hətəmov Səxavət |
Ağcabədi rayonu, Ağabəyli kəndi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
|
26. |
Ağayev Taleh |
Ağcabədi rayonu, Ü.Hacıbəyli küçəsi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
|
27. |
Cəfərov Emin |
Ağcabədi rayonu, Ü. Hacıbəyli küçəsi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
|
28. |
Hüseynov Camaləddin |
Ağcabədi rayonu, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
|
29. |
Məmmədov Şaiq |
Ağcabədi rayonu, T.İsmayılov küçəsi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
|
30. |
Abbasov Şahmərdan Yusif oğlu |
Bərdə rayonu, Güloğlular kəndi, Təzəbazar ərazisi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
31. |
Əliyev Anar Teymur oğlu |
Bərdə rayonu, Cəyirli kəndi |
İnzibati protokol tərtib edilib |
|
32. |
Məmmədov Şahin Cavanşir oğlu |
Bərdə rayonu, Cəyirli kəndi |
İnzibati protokol tərtib edilib |
|
33. |
Qarayev Bəxtiyar İsa oğlu |
Bərdə rayonu, Cəyirli kəndi |
İnzibati protokol tərtib edilib |
|
34. |
Behbudov Elmir Maksud oğlu |
Bərdə rayonu, Güloğlular kəndi, “Təzə Bazar”ın ərazisi |
İnzibati protokol tərtib edilib |
|
35. |
Süleymanov Arif Cavad oğlu (“Nəsimi” firmasına məxsus yeyinti məhsullarının satışı bazarının səlahiyyətli nümayəndəsi) |
Tovuz şəhəri, M.Musayev küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Giriş