Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
1 Sentyabr 2022 16:12
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
31 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 20 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 33 məntəqədə isə kəsim qurğuları sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
1. |
Maqsudov Müşfiq İntiqam oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küç., ev 22 |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
2. |
Məmmədov Vaqif Ağanəzər oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küç., ev 10 |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
3. |
Hacıyev Raman Güləhməd oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Xutor yaşayış massivi, E.Babayev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
4. |
Hacıyev Roman Güləhməd oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
5. |
Sadıqov Müşviq Akif oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi 207 |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
6. |
Quliyev Elbəyi Məhəmməd oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küç., ev 118 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
7. |
Səmədov Əli Rəhbər oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, E.Babayev küçəsi 27 |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
8. |
Quliyev Elbeyi Məhəmməd oğlu |
Bakı şəhəri, Binəqədi rayonu,S.Məmmədova küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
9. |
Hüseynov Fərman Mərkəz oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
10. |
Hacıyev Məqatil Emin oğlu |
Bakı şəhəri, Xətai rayonu, Qacaq Nəbi küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
11. |
Daşdəmirov Kamil Gülüş oğlu |
Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küç., ev 22A |
Qanunsuz metal konstruksiyalar sökülüb |
12. |
Abbasov Aslan Nurəddin oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B. Bağırov parkının yanı |
Qanunsuz metal konstruksiyalar sökülüb |
13. |
Məmmədov Ələkbər Seyidislam oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyidibadağa küçəsi 84 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
14. |
Nəbiyev Gülağa Qulu oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.M.Əbdülkərimov küçəsi 2 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
15. |
Hüseynov Nurəddin Əminağa oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
16. |
Həsənov İlqar Əlibaba oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küç., ev 25 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
17. |
Abbasov Elmin Ədalət oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H. Heybətov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
18. |
Xalıqov Seyid Əkbər oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
19. |
İmaməliyev Tərlan Əsad oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi 146 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
20. |
İmaməliyev Tərlan Əsəd oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi 146 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
21. |
Dadaşov Dadaş Əliheydər oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat yolu, 34-cü km |
Qanunsuz metal konstruksiyalar sökülüb |
22. |
Hümmətov Eldəniz Fəxrəddin oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat yolu, 34-cü km |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
23. |
Babayev Əminağa Sahib oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Xanlar” yaşayış massivi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
24. |
Bayramov Elgün |
Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
25. |
Ağayev Nemət Sadıq oğlu |
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
26. |
Həsənov Mehman Məhiyyəddin oğlu |
Gəncə şəhəri, İsmət Qayıbov küçəsi 187b |
İnzibati protokol tərtib edilib |
27. |
Məmmədov Anar Bəxtiyar oğlu |
Gəncə şəhəri, İsmət Qayıbov küçəsi |
İnzibati protokol tərtib edilib |
28. |
Abbasov Samir Dəmir oğlu |
Gəncə şəhəri, N. Nərimanov prospekti |
İnzibati protokol tərtib edilib |
29. |
Məmmədov Elsevər Zakir oğlu |
Gəncə şəhəri, Qırmızıkənd qəsəbəsi, Mir Cəlal Paşayev küçəsi |
İnzibati protokol tərtib edilib |
30. |
Həsənov Anar Cəmil oğlu |
Gəncə şəhəri, Müseyib Bağırov küçəsi |
İnzibati protokol tərtib edilib |
31. |
Kərimov Nizaməddin Səlim oğlu |
Tovuz şəhəri, Əzizbəyov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
32. |
Tağıyev Rahib Fərman oğlu |
Tovuz rayonu, Aşağı Quşçu kəndi |
İnzibati protokol tərtib edilib |
33. |
Musayev Qismət Talıb oğlu |
Şamaxı rayonu, Göylər kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
34. |
Qocayev Xanbaba Yusif oğlu |
Şamaxı rayonu, Göylər kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
35. |
Umudov Sərxan Şahalı oğlu |
Şamaxı rayonu, Göylər kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
36. |
Rəhimov Canəli Sayəddin oğlu |
Şamaxı rayonu, Göylər kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
37. |
Məmmədov Anar |
Ağcabədi rayonu, Hacıbədəlli kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
38. |
Abdullayev Hüseyn |
Ağcabədi rayonu, Hacıbədəlli kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
39. |
İbrahimov Vaquf |
Ağcabədi rayonu, Zərdab yolu |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
40. |
Xəlilov Ramin |
Ağcabədi rayonu, Zərdab yolu |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
41. |
Abdullayev Ağahüseyn İsgəndər oğlu |
Şəki şəhəri, S.Rəhman küçəsi |
İnzibati protokol tərtib edilib |
42. |
Carayev Rasim Muhuma oğlu |
Zaqatala rayonu, Danaçı kəndi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.