Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
6 Sentyabr 2022 17:07
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
5 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 13 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 20 məntəqədə isə kəsim qurğuları sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
1. |
Salahov Salah Valeh oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbəyov küçəsi 15A |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
2. |
Novruzov Vəzir Vəkil oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov küç., ev 1 |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
3. |
Şükürzadə Zəfər Rəşid oğlu |
Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov küçəsi 30 |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
4. |
Rəhimov Qalib Məhərrəm oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
5. |
Binnətov Eşqin Abdulla oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsur küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
6. |
Əliyev Elməddin Çingiz oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
7. |
Musayev Anar Bayram oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi 3 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
8. |
Namazov Tujjar Əbuzər oğlu |
Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev prospekti, ev 2 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
9. |
Mirzəyev Ramil Eldar oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev pr. 46 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
10. |
Ələkbərov Teymur Fərrux oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi 14 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
11. |
Yaqubov Seymur Şahmar oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
12. |
Pənəliyev Tehran Novruz oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, V Massivi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
13. |
Əliyev Əliyar Fətəli oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsi, T.Tağızadə və T.Xəlilbəyli küçələrinin kəsişməsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
14. |
İbrahimov Asif Kamal oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, V Massivi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
15. |
Alıyeva Bəsdi Yunis qızı |
Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
16. |
Muradov Ramil Vəlixan oğlu |
Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti |
Qanunsuz metal konstruksiyalar sökülüb |
17. |
Məmmədov Aydın Ərşad oğlu |
Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küç., döngə 5 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
18. |
Musayev İsmət Valeh oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
19. |
Ələkbərov Qahir Sabir oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
20. |
Həsənov Asiman Arzu oğlu |
İsmayıllı rayonu, Kürdmaşı kəndi |
İnzibati protokol tərtib edilib |
21. |
Həsənov Eşqin Mahir oğlu |
İsmayıllı rayonu, Kürdmaşı kəndi |
İnzibati protokol tərtib edilib |
22. |
Qurbanov Rafiq Sabir oğlu |
Gəncə şəhəri, Yeni Kəlbəcər qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
23. |
Əliyev Şahvələt Salah oğlu |
Gəncə şəhəri, Yeni Kəlbəcər qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
24. |
Həsənov Cəmil Mirzə oğlu |
Gəncə şəhəri, Müseyib Bağırov küçəsi |
İnzibati protokol tərtib edilib |
25. |
Alıyev Ramil Zakir oğlu |
Gəncə şəhəri, Müseyib Bağırov küçəsi |
İnzibati protokol tərtib edilib |
26. |
Həsənov Zülfiqar Qalib oğlu |
Gəncə şəhəri, Müseyib Bağırov küçəsi |
İnzibati protokol tərtib edilib |
27. |
Bayramov Kamal Bəndər oğlu |
Gəncə şəhəri, Müseyib Bağırov küçəsi |
İnzibati protokol tərtib edilib |
28. |
Qasımov Mirmayıl Mirəli oğlu |
Xaçmaz şəhəri, bazar ərazisi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.