Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
7 Sentyabr 2022 18:23
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
6 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 15 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 17 məntəqədə kəsim qurğuları sökülüb, 2 müəssisədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
1. |
Muradov Eldar Əmiraslan oğlu |
Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
|
2. |
Hacıyev Araz Əvəz oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
3. |
Əliyev Şəhriyar Yaşar oğlu |
Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Mehmanzadə küçəsi 1 |
İnzibati protokol tərtib edilib |
|
4. |
Qurbanov Qurban Tapdıq oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V Yaşayış Massivi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
5. |
Zeynallı Əmir Fəzail oğlu |
Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
6. |
Kamalzadə Taleh Elşən oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V Yaşayış Massivi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
7. |
Quliyev Vəli Zahid oğlu |
Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi 2, 20-ci sahə |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
|
8. |
Mütəllimov Nahid Yusif oğlu |
Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Salyan yolu, dalan 2 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
9. |
Hüseynov Samir Vaqif oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəs., D Massivi 24, Xanlar küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
10. |
Əliyev Dəyanət Rza oğlu |
Bakı şəhəri, Xəzər rayonu, Yesenin küçəsi 161 |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
|
11. |
Abdullayev Nicat Cəlal oğlu |
Bakı şəhəri, Xəzər rayonu, R.Cəfərov və H.Hasilov küçələrinin kəsişməsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
|
12. |
Əliyev Ceyhun Faiq oğlu |
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi 15 |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
|
13. |
Əliyarov Röyal Akif oğlu |
Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
14. |
Həsənov Sətdər Səhrad oğlu |
Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
15. |
Hüseynov İmdad Mütəllim oğlu |
Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev və Ə. Əliyev küçələrinin kəsişməsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
16. |
Quliyev Amil Valeh oğlu |
Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
17. |
Məmmədov Adil |
Ağcabədi rayonu, Ü.Hacıbəyli küçəsi |
İnzibati protokol tərtib edilib |
|
18. |
Bahadurov Elgün |
Ağcabədi rayonu, Ü.Hacıbəyli küçəsi |
İnzibati protokol tərtib edilib |
|
19. |
Hüseynov Röyal |
Ağcabədi rayonu, R.Tağıyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
20. |
Hüseynov Camaləddin |
Ağcabədi rayonu, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
21. |
İsmayılov Namir |
Ağcabədi rayonu, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
22. |
Mirzəyev Sahib Gülbala oğlu |
Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
23. |
Kazımov Fikrət |
Gəncə şəhəri, Gülüstan qəsəbəsi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
|
24. |
Alıyev Ramin |
Gəncə şəhəri, Müseyib Bağırov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
25. |
Mirzəyev Şahlar Əli oğlu |
Gəncə şəhəri, Gülüstan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
26. |
Mövlayev Elman |
Gəncə şəhəri, Ruzigar Qasımov küçəsi 85 |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
|
27. |
Mustafayev Mövsüm Əlsəfa oğlu |
Quba rayonu, Dəvədabanı Yaşayış Massivi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
28. |
Rəhimov Təhmasib Sultanəli oğlu |
Quba rayonu, Dəvədabanı Yaşayış Massivi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Balıqçılıq subyektlərində epizootoloji monitorinq keçiriləcək
Respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən balıqçılıq subyektlərində infeksion və invazion xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi, xəstəliklərin erkən aşkarlanması və yayılma risklərinin müəyyənləşdirilməsi məqsədilə monitorinq aparılacaq. 5–9 oktyabr tarixlərində keçiriləcək tədbirlər balıqçılıq və akvakultura məhsullarının istehsalı, yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan, həmçinin beynəlxalq ticarətdə iştirak edən və ya belə imkanlara malik 26 təsərrüfatı əhatə edəcək. Monitorinq çərçivəsində balıqların həssas olduğu xəstəliklər üzrə klinik və epizootoloji müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Təsərrüfatlarda baytarlıq norma və tələblərinə əməl olunması vəziyyəti də nəzərdən keçiriləcək, sahibkarlıq subyektləri üçün maarifləndirici tədbirlər təşkil olunacaq. Epizootoloji vəziyyətə dair müvafiq məlumatlar təhlil ediləcək. Tədbirlərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssisləri iştirak edəcəklər. Qeyd edək ki, balıq xəstəlikləri üzrə epizootoloji vəziyyətin mütəmadi öyrənilməsi balıqçılıq və akvakultura məhsullarının beynəlxalq ticarəti baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilən müvafiq hesabatlarda əks olunur.
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
Giriş