Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
8 Sentyabr 2022 14:02
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
7 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 20 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 20 məntəqədə kəsim qurğuları sökülüb, 3 müəssisədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
1. |
Novruzov Əlisultan Ələmşad oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
2. |
Gözəlli Xanbala Mürvət oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
3. |
Əmirov Rəşad Namiq oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
4. |
Quliyev Əlizadə Ələkbər oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi |
İnzibati protokol tərtib edilib |
5. |
Abdulxalıqov Qurban Asif oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi |
İnzibati protokol tərtib edilib |
6. |
Vəliyev Səməd Hümmət oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi |
İnzibati protokol tərtib edilib |
7. |
Namazov Akif Rəsul oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, keçid 4 |
İnzibati protokol tərtib edilib |
8. |
Panəliyev Qabil Kərəm oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
9. |
Vəliyev Şaiq Miriş oğlu |
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
10. |
Səfərəliyev Şahin Mübariz oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi |
İnzibati protokol tərtib edilib |
11. |
Hacıyev Sənan Xaliq oğlu |
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs., Məktəbli küçəsi 11 |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
12. |
İbrahimov Zaur İbrahim oğlu |
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazədə küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
13. |
Əliyev Əliyəddin Alıxan oğlu |
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi 2D |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
14. |
Əliyev İlham İsmayıl oğlu |
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
15. |
İbrahimov Zaur İbrahim oğlu |
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazədə küçəsi |
İnzibati protokol tərtib edilib |
16. |
İbrahimov Rüstəm Sabir oğlu |
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib |
17. |
Həsənov Bakir İnsaflı oğlu |
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
18. |
Məmmədov Müsəllim Əli oğlu |
Abşeron rayonu, Xırdalan şəhəri |
Qanunsuz metal konstruksiyalar sökülüb |
19. |
Məmmədov Xəyyam Kamal oğlu |
Abşeron rayonu, Xırdalan şəhəri |
Qanunsuz metal konstruksiyalar sökülüb |
20. |
Hüseynov Hicran Ələsgər oğlu |
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə |
Qanunsuz metal konstruksiyalar sökülüb |
21. |
Quliyev Raqub Qənbər oğlu |
Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
22. |
Mehdiyev Samir |
Ağcabədi rayonu, Hacıbədəlli kəndi |
İnzibati protokol tərtib edilib |
23. |
Quliyev Teymur |
Ağcabədi rayonu, Ü.Hacıbəyli küçəsi |
İnzibati protokol tərtib edilib |
24. |
Hüseynov Bəxtiyar |
Ağcabədi rayonu, N.Abdullayev küçəsi |
İnzibati protokol tərtib edilib |
25. |
Nəzərov Əhliman Rasim oğlu |
Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
26. |
Cavadov Ağaverdi Ağamurad oğlu |
Hacıqabul şəhəri, Ə. Vahid küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
27. |
Qarayev Habil Əsgər oğlu |
Hacıqabul rayonu, Muğan qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
28. |
Rüstəmov Elnur Bayram oğlu |
Hacıqabul rayonu, Muğan qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
29. |
Qardaşəliyev Emin Qiyafəddin oğlu |
Quba rayonu, Birinci Nügədi kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
30. |
Hüseynov Fariz Bayram oğlu |
Quba rayonu, İkinci Nügədi kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
31. |
Qəribov Salman Oruc oğlu |
Quba şəhəri, Əzizbəyov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
32. |
Ədalət Bayramov Mülküm oğlu |
Quba şəhəri, Azərbaycan küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
33. |
Mustafayev Mövsüm Əlsəfa oğlu |
Quba şəhəri, Azərbaycan küçəsi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
34. |
Əfəndiyev Taleh Abduləzim oğlu |
Qazax şəhəri, Azadlıq küçəsi |
İnzibati protokol tərtib edilib |
35. |
Qasımov Eldəniz Sarif oğlu |
Qazax şəhəri, Azadlıq küçəsi |
İnzibati protokol tərtib edilib |
36. |
Mirzəyev Elməddin Şamil oğlu |
Gəncə rayonu, Zülfü Hacıyev küçəsi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
37. |
Məmmədov Şahin Cavanşir oğlu |
Bərdə rayonu, Cəyirli kəndi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.