Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
23 Sentyabr 2022 17:05
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
22 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Quba, Qazax, İsmayıllı, Saatlı, Goranboy rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 4 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 15 məntəqədə kəsim qurğuları sökülüb, 8 müəssisədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Abdullayev Səbuhi İsa oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
2. |
Şahverdiyev Rauf Fazil oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
3. |
Quliyev Habil Ərşad oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
4. |
Nağıyev Elşad Nağı oğlu |
V.Əsgərov küçəsi 20 |
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib |
|
5. |
Tahirov Vaqif Qurban oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Niftəliyev küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
6. |
Quliyev Tariyel Siracəddin oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
Abşeron rayonu üzrə |
|||
|
7. |
Təhməzov İqbal Durmuş oğlu |
Abşeron rayonu, Saray qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
8. |
Həsənov Əli Aqil oğlu |
Abşeron rayonu,Saray qəsəbəsi, bağ massivi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
Goranboy rayonu üzrə |
|||
|
9. |
Əmiraslanov Zaur Səhrab oğlu |
Goranboy rayonu, Vüqar Bayramov küçəsi. |
İnzibati protokol tərtib edilib |
|
İsmayıllı şəhəri üzrə |
|||
|
10. |
Zülfüqarov Anar Valeh oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Qazax şəhəri üzrə |
|||
|
11. |
Dünyamalıyeva Qiymət Musa qızı |
Qazax şəhəri, Əliağa Şıxlinski küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Quba rayonu üzrə |
|||
|
12. |
Nəsrullayev Əfqan Ağamirzə oğlu |
Quba rayonu, İkinci Nügədi kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
13. |
Rəhimov Təhmasib Sultanəli oğlu |
Quba rayonu, Birinci Nügədi kəndi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
14. |
Piriyev Rauf Günəşri oğlu |
Quba rayonu, Dəvədabanı Massivi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
Saatlı rayonu üzrə |
|||
|
15. |
Şahmanov İbrahim Mərdalı oğlu |
Saatlı rayonu, Fətəlikənd kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
16. |
Paşaliyev Sabir Paşa oğlu |
Saatlı rayonu, Fətəlikənd kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
17. |
Bayramov Faiq Qüdrət oğlu |
Saatlı rayonu, Qara Nuru kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
18. |
Quliyev Mustafa Şafiq oğlu |
Saatlı rayonu, Saricalar kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
19. |
Rəsulov Sabir Höküm oğlu |
Saatlı rayonu, Qara Nuru kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
20. |
Tağıyev Cavanşir Səməd oğlu |
Saatlı rayonu, Qara Nuru kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
21. |
Tağıyev Cahangir Səməd oğlu |
Saatlı rayonu, Qara Nuru kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
22. |
Əhmədov Süleyman Həsən oğlu |
Saatlı rayonu, Şirinbəyli kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
23. |
Fərziyev Şəmi Fəxrəddin oğlu |
Saatlı rayonu, Qara Nuru kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
24. |
Rəcitev Cəlal Allahverdi oğlu |
Saatlı rayonu, Şirinbəyli kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
25. |
Əliyev Əsgər Alı oğlu |
Saatlı rayonu, Qara Nuru kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
26. |
Bayramov Faiq Qüdrət oğlu |
Saatlı rayonu, Qara Nuru kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Giriş