Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
27 Sentyabr 2022 16:56
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
26 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Quba, Qazax, Gəncə, Şamaxı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 6 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 8 məntəqədə kəsim qurğuları sökülüb, 11 müəssisədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
İsmayılov İntizam Xanbaba oğlu |
Xətai rayonu, R.Quliyev və Cavanşir küçələrinin kəsişməsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
2. |
İmanov Samir Parış oğlu |
Xətai rayonu, R.Quliyev və Cavanşir küçələrinin kəsişməsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
3. |
Əliyev Habil |
Xətai rayonu, X.Məmmədov küçəsi 13 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
4. |
Paşayev Mayıl Hökməli oğlu |
Xətai rayonu, X.Məmmədov küçəsi 19 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
5. |
Hüseyinli Ötkəm Musabala oğlu |
Xətai rayonu, X.Məmmədov küçəsi 27 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
6. |
Məmiyev Famil Mətləbxan oğlu |
Xətai rayonu, K.Kərimov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
7. |
Məmmədov Sənan |
Xətai rayonu, R.Bağırov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
8. |
İsaqzadə Nicat |
Xətai rayonu, Qafqaz küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
9. |
Nəcəfov Qoşqar Sərhəd oğlu |
Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib |
|
10. |
Hüseynov Şahin Qərib oğlu |
Suraxanı rayonu, Yeni Ramana qəs., S.Əliyev küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
11. |
İsmayılov Vusal Mənsim oğlu |
Suraxanı rayonu, Yeni Ramana qəs., S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
12. |
Hüseynov Elşən |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib |
|
Abşeron rayonu üzrə |
|||
|
13. |
Məmmədov Tural Əlif oğlu |
Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
14. |
Bayramov Səxavət Mədət oğlu |
Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
15. |
İsgəndərov Sahib Sabir oğlu |
Abşeron rayonu, Novxanı kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
16. |
Bəşirov Məhəmməd Vəzir oğlu |
Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
Gəncə şəhəri üzrə |
|||
|
17. |
Hacıyev Muğamat |
Gəncə şəhəri, İsmət Qayıbov küçəsi 177 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
Şamaxı şəhəri üzrə |
|||
|
18. |
Yusifov Əmirxan Hidayət oğlu |
Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Qazax rayonu üzrə |
|||
|
19. |
Lahıcov Müşfiq Akif oğlu |
Qazax rayonu, Çaylı kəndi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
20. |
Nəbiyev Allahqulu Fərman oğlu |
Qazax rayonu, Çaylı kəndi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
21. |
Babayev Nurlan Vilayət oğlu |
Qazax şəhəri, Ə.Şıxlinski |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
Quba rayonu üzrə |
|||
|
22. |
Bayramov İmran Mülküm oğlu |
Quba rayonu, Dəvədabanı Massivi |
İnzibati protokol tərtib edilib |
|
23. |
Piriyev Rauf Günəşri oğlu |
Quba rayonu, Dəvədabanı Massivi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib - VİDEO
Ölkə ərazisində epizootik sabitliyin qorunması, xüsusi təhlükəli heyvan xəstəliklərinin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsas fəaliyyət istiqamətlərindəndir. Bu çərçivədə AQTA tərəfindən noyabrın 16-dan 20-dək respublika ərazisində təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib. Monitorinqlər zamanı müxtəlif xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə heyvanların kliniki müayinəsi aparılıb, laborator müayinələr üçün diaqnostik nümunələr götürülüb, saxlanma yerlərinin baytarlıq-sanitariya vəziyyəti yoxlanılıb. Eyni zamanda, heyvan sahibləri arasında baytarlıq norma və qaydalarına riayət olunması, xəstəliklərin profilaktikası və biotəhlükəsizlik tədbirlərinin əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılıb.
Tərtərdə iri və xırdabuynuzlu heyvanların identifikasiyası ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsi Tərtər rayonunda yerli icra nümayəndələri və bələdiyyə üzvlərinin iştirakı ilə iri və xırdabuynuzlu heyvanların dövlət hesabına identifikasiyasının aparılması ilə bağlı maarifləndirici tədbir keçirib. Görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflər diqqətə çatdırılıb. Bildirilib ki, heyvanların elektron uçotu onların mənşəyinin və doğulandan kəsiminədək izlənilməsinə, baytarlıq nəzarətinin gücləndirilməsinə və heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək. Bu baxımdan rayonun kənd və qəsəbələrində heyvandarlıq təsərrüfatlarının qeydiyyata alınması və izlənmənin düzgün təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Tədbirdə həmçinin heyvanların identifikasiyasının təşkili, eləcə də məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə daxil edilməsi qaydaları izah olunub, yaradılmış modul və portalın təqdimatı keçirilib. Sonda iştirakçıların sualları cavablandırılıb, qarşıdakı vəzifələrin icrasında birgə, koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.
Quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Dekabr ayının 7-11 tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkə ərazisində quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq aparılacaq. Monitorinq çərçivəsində ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərinə, eləcə də vəhşi quşlara baxış keçirilməsi nəzərdə tutulur. Vəhşi quşlar xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanacaq, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan ev quşlarından da diaqnostik nümunələr götürülərək laboratoriyalarda müvafiq müayinələr aparılacaq. Tədbir müddətində ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara da ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək. Monitorinq zamanı götürülmüş nümunələr və epizootoloji vəziyyət barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək.
Giriş