Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
30 Sentyabr 2022 16:14
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
29 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı, Gəncə şəhərləri və Abşeron, Saatlı, Tovuz, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 6 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 6 məntəqədə kəsim qurğuları sökülüb, 13 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Əliyev İlham Qiyas oğlu |
Suraxanı rayonu, Günəşli qəs., V Massivi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
2. |
Pənahəliyev Tehran Novruz oğlu |
Suraxanı rayonu, Günəşli qəs., D Massivi |
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib |
|
3. |
Hüseynzadə Səlim Əsgər oğlu |
Suraxanı rayonu, Günəşli qəs., V Massivi, “Şəmkir” ət mağazası |
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib |
|
4. |
Eyvazov Ariz Kərəm oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəs., Z.Şərifov küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib |
|
5. |
Sultanov Qavər Sultanpaşa oğlu |
Suraxanı rayonu, Günəşli qəs., D Massivi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
Gəncə şəhəri üzrə |
|||
|
6. |
Əliyev Nahid Məcid oğlu |
Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
7. |
Zalov Elfaq Yaqub oğlu |
Gəncə şəhəri, 28 May küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
8. |
Həsənov Həsən Mahiyyəddin oğlu |
Gəncə şəhəri, Zərrabi küçəsi 159 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
9. |
Hacıyev Muğamat |
Gəncə şəhəri, İ.Qayıbov küçəsi 177 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
Abşeron rayonu üzrə |
|||
|
10. |
İlyasov Mübariz Şamil oğlu |
Abşeron rayonu, Mehdiabad qəs., Gənclər Şəhərciyi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
11. |
Dünyamalıyev Eldəniz Sevdimalı oğlu |
Abşeron rayonu, Mehdiabad qəs., Gənclər Şəhərciyi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
12. |
Ağayev Elmar Rasim oğlu |
Abşeron rayonu, Mehdiabad qəs., Qarant Yaşayış Kompleksi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
13. |
Qasımov Əli İsmayıl |
Abşeron rayonu, Mehdiabad qəs., Qarant Yaşayış Kompleksi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
Saatlı rayonu üzrə |
|||
|
14. |
Tağıyev Cahangir Səməd oğlu |
Saatlı rayonu, Qara Nuru kəndi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
15. |
Bayramov Faiq Qüdrət oğlu |
Saatlı rayonu, Qara Nuru kəndi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
Tovuz rayonu üzrə |
|||
|
16. |
Alıyev Çovdar İsmayıl oğlu |
Tovuz rayonu, Aşağı Quşçu kəndi |
İnzibati protokol tərtib edilib |
|
17. |
Rzayev Eşqin İlham oğlu |
Tovuz rayonu, Düz Qırıqlı kəndi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
18. |
Əmirov Fərid Sahib oğlu |
Tovuz rayonu, Düz Qırıqlı kəndi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
Xaçmaz rayonu üzrə |
|||
|
19. |
Əhmədov Murad Hakim oğlu |
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi |
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib |
|
20. |
Kərimov Eyvaz Kərim oğlu |
Xaçmaz rayonu, Xaçmaz-Xudat yolu, Köhnə Xaçmaz kəndi |
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Giriş