Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
5 Oktyabr 2022 17:45
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
3-4 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Şamaxı, İsmayıllı, Bərdə, Xaçmaz, Sabirabad rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 9 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 10 məntəqədə kəsim qurğuları sökülüb, 11 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Bağırov Tofiq Əhməd oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 178 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
2. |
Babayev Kənan Hacıağa oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib |
|
3. |
Rzayev Elmar Fazil oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
4. |
Vəliyev Mirzə Qaytaran oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
5. |
Mürşüdov Fail Camal oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
6. |
Fətəliyev İbrət Əli oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib |
|
7. |
Əmirov Rəşad Namiq oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
8. |
Allahverdiyev Elman İmran oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib |
|
9. |
Qaziyev İsmət Zəhmət oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib |
|
10. |
Turabov İlqar Musa oğlu |
Binəqədi rayonu, A.Kunanbayev küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
11. |
Zeynalov Saday Zeynal oğlu |
Binəqədi rayonu, A.Hüseynov küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
Abşeron rayonu üzrə |
|||
|
12. |
Dadaşov Əliağa Babaş oğlu |
Abşeron rayonu, Məhəmmədli kəndi, Ü.Hacıbəyov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
13. |
Yusifov Elçin Absət oğlu |
Abşeron rayonu, Məhəmmədli kəndi, Ə.Əliyev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
14. |
Hüseynli Qeyrət Cəfər oğlu |
Abşeron rayonu, Məhəmmədli kəndi, H.Əliyev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
15. |
Alxanov Ağa Yadulla oğlu |
Abşeron rayonu, Məhəmmədli kəndi, Zabrat-Kürdəxanı dairəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
İsmayıllı rayonu üzrə |
|||
|
16. |
Məmmədov Şəmistan Rəşid oğlu |
İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolu |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
|
17. |
Salmanov Şirvan Aslan oğlu |
İsmayıllı rayonu, Cülyan kəndi |
İnzibati protokol tərtib edilib |
|
Şamaxı şəhəri üzrə |
|||
|
18. |
Sadıqov Mehman Salman oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
19. |
Teyyubov Səbuhi Mülkəsahib oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Bərdə rayonu üzrə |
|||
|
20. |
Alışanov Qorxmaz Rüstəm oğlu |
Mingəçevir şəhəri, Natavan küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Xaçmaz şəhəri üzrə |
|||
|
21. |
Ağasıyev İlqar Ağası oğlu |
Xaçmaz şəhəri, B.Şəkinskaya küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
22. |
Əliyev Azad Teymurşah oğlu |
Xaçmaz şəhəri, İzmayılovka qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
Sabirabad rayonu üzrə |
|||
|
23. |
Qasımov İsmayıl Eyvaz oğlu |
Sabirabad rayonu, V.Əhmədov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
24. |
Nuriyev Mürşüd Əlimusa oğlu |
Sabirabad rayonu, V.Əhmədov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
25. |
Dədəkişiyev Qüdrət Ağaxan oğlu |
Sabirabad rayonu, İ.İsgəndərov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
26. |
Atakişiyev Əsgər İşlər oğlu |
Sabirabad rayonu, İ.İsgəndərov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Giriş