Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
24 Oktyabr 2022 17:02
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
19-21 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı, Xırdalan şəhərləri və Ağsu, Şəki, Xaçmaz, Neftçala, Qazax rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 7 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 8 məntəqədə kəsim qurğuları sökülüb, 14 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Nəsibov Elnur Valeh oğlu |
Suraxanı rayonu, Hövsan qəs., İ.Əhlimanov küçəsi 51 |
İnzibati protokol tərtib edilib |
2. |
Babayev Kənan Hacıağa oğlu |
Suraxanı rayonu, Hövsan qəs., İ.Əhlimanov küçəsi 52 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
3. |
Nəciyev Rövşən Fərman oğlu |
Xətai rayonu, Cavanşir küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
4. |
Məmmədov Aqil Məhəmməd oğlu |
Xətai rayonu, K.Kərimov küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
5. |
Rüstəmov Rüstəm Sədaqət oğlu |
Xətai rayonu, İ.İsmayılov küçəsi 16 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
6. |
Məmmədov Elçin Rafiq oğlu |
Xətai rayonu, R.Behbudov küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
7. |
Məmmədov Sənan Səyavuş oğlu |
Xətai rayonu, NZS qəsəbəsi, R.Bağırov küçəsi 68 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
8. |
Zeynalov Həsən Rafət oğlu |
Xətai rayonu, R.Bağırov küçəsi 3 |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
9. |
Balışov Bəylər Mehman oğlu |
Sabunçu rayonu, Ramana qəs., Şuşa Şəhərciyi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
10. |
Əhmədov İlham Əsgər oğlu |
Sabunçu rayonu, Yeni Ramana qəs., Şuşa Şəhərciyi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
11. |
Nəcəfov Vüqar Asif oğlu |
Sabunçu rayonu, Ramana qəs., E.Məhərrəmli küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
12. |
Rəhimov Qədir Rəhim oğlu |
Sabunçu rayonu, Yeni Ramana qəs., E.Məhərrəmli küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
13. |
Əliyev Mərkəz Səməd oğlu |
Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
14. |
Məmmədov Polad Mürsəl oğlu |
Sabunçu rayonu, Yeni Ramana qəs., E.Məhərrəmli küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
Xırdalan şəhəri üzrə |
|||
15. |
Məmmədov Xəyyam Kamal oğlu |
Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
16. |
Hüseynov Hicran Ələsgər oğlu |
Xırdalan şəhəri, 27-ci məhəllə |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
17. |
Quliyev Raqub Qənbər oğlu |
Xırdalan şəhəri, Qalubiyyə küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
Ağsu rayonu üzrə |
|||
18. |
Yolcuyev Sədi Sarış oğlu |
Ağsu şəhəri, Bakı-Qazax yolu, 157-ci km |
Qanunsuz metal konstruksiyalar sökülüb |
Şəki rayonu üzrə |
|||
19. |
Məmmədov Ələfsər Ələsgər oğlu |
Şəki şəhəri, S.Rəhman küçəsi |
İnzibati protokol tərtib edilib |
20. |
Şahmuradov Novruz Şəmilxan oğlu |
Şəki şəhəri, M.Müşviq küçəsi |
İnzibati protokol tərtib edilib |
Xaçmaz rayonu üzrə |
|||
21. |
Mehrəliyev Məclum Gülmurad oğlu |
Xaçmaz şəhəri, Bakı prospekti |
İnzibati protokol tərtib edilib |
22. |
Kərimov Eyvaz Kərim oğlu |
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
23. |
Ağayev Rifaq Sabir oğlu |
Xaçmaz rayonu, Nərəcan kəndi |
İnzibati protokol tərtib edilib |
24. |
Burcəliyev Mövlan Gəncəli oğlu |
Xaçmaz rayonu, Xaçmaz-Xudat yolu |
İnzibati protokol tərtib edilib |
Neftçala rayonu üzrə |
|||
25. |
Hüseynov Əli Sərvər oğlu |
Neftçala rayonu, Qədimkənd kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
26. |
Əkbırov Pərviz Ağabala oğlu |
Neftçala rayonu, Aşağı Surra kəndi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
27. |
Əsgərov Yadulla Böyükkişi oğlu |
Neftçala rayonu, Xıllı qəsəbəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
28. |
Mehdiyev Nemət Əşrəf oğlu |
Neftçala rayonu, Aşağı Surra kəndi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
Qazax rayonu üzrə |
|||
29. |
Nəbiyev Rəşad İmamqulu oğlu |
Qazax rayonu, Çaylı kəndi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.