Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
9 Yanvar 2023 16:42
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
6 yanvar tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Xaçmaz, Masallı, Tovuz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 18 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 1 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Əliyev Vüqar Zülfü oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəs., “V” massivi |
İnzibati protokol tərtib edilib |
2. |
Abdullayev Eldəniz Salan oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəs., “Q” massivi, M.Cəfərov küçəsi |
İnzibati protokol tərtib edilib |
3. |
Nəcəfov Binnət Qərib oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəs., “V” yaşayış massivi |
İnzibati protokol tərtib edilib |
4. |
İbrahimov Mirsahib Əli oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəs., “V” yaşayış massivi |
İnzibati protokol tərtib edilib |
5. |
İbrahimov Asif Kamal oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəs., S.Cəfərov küçəsi |
İnzibati protokol tərtib edilib |
6. |
Səlimov Toğrul Kərəm oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəs., “V” yaşayış massivi |
İnzibati protokol tərtib edilib |
7. |
Şadlınski Rantik Şahsu oğlu |
Sabunçu rayonu, Balaxanı qəs., S.Mansur küçəsi |
İnzibati protokol tərtib edilib |
8. |
Həsənov Məhər Şahin oğlu |
Sabunçu rayonu, Zabrat şosesi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
9. |
Süleymanov Nail Sahib oğlu |
Sabunçu rayonu, Balaxanı qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
Xaçmaz rayonu üzrə |
|||
10. |
Əhmədov Murad Hakim oğlu |
Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
11. |
Ağayev Nizami Əmirağa oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
12. |
Ağayev Nemət Sadıq oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
Masallı rayonu üzrə |
|||
13. |
Səfərov Balasət Rəhim oğlu |
Masallı şəhəri, 20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
14. |
Mürşüdov Nahid Şirəli oğlu |
Masallı şəhəri, 20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
15. |
Dadaşov Rabil Rüstəm oğlu |
Masallı şəhəri, 20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
16. |
Şükürov Əfqan Allahşükür oğlu |
Masallı şəhəri, 20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
17. |
İbadov Kamran Bahaddin oğlu |
Masallı şəhəri, 20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
Tovuz rayonu üzrə |
|||
18. |
Süleymanov Arif Cavad oğlu |
Tovuz şəhəri, M.Musayev küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.