Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
2 Fevral 2023 17:20
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
1 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Tərtər, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 18 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 3 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Qədimalıyev Səfəralı Çərkəz oğlu |
Yasamal rayonu, Ə.Əhmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
2. |
Səfərov Rüfət Abdulla oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi 27, 28 |
İnzibati protokol tərtib edilib |
|
3. |
Məmmədov Mirzə Süleyman oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi |
İnzibati protokol tərtib edilib |
|
4. |
Tapdıqlı Elməddin Səfadar oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi 89 |
İnzibati protokol tərtib edilib |
|
5. |
Abdullayev Əlif Abdulhəlim oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi |
İnzibati protokol tərtib edilib |
|
6. |
Muradov Eyvaz Vəlixan oğlu |
Yasamal rayonu, Ə.Əhmədov küçəsi 4d |
İnzibati protokol tərtib edilib |
|
7. |
Qarayev Namiq Hacı oğlu |
Yasamal rayonu, Ə.Əhmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
8. |
Zeynalov Murad Saday oğlu |
Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 196 |
İnzibati protokol tərtib edilib |
|
9. |
Rüstəmov Ceyhun Atabala oğlu |
Yasamal rayonu, D.Bünyadzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
10. |
Şahsuvarov Şahsuvar Bəxtiyar oğlu |
Yasamal rayonu, D.Bünyadzadə küçəsi 11 |
İnzibati protokol tərtib edilib |
|
11. |
Muradov Yunis Ramil oğlu |
Yasamal rayonu, Ə.Əhmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
12. |
Əliyev Elnur Misir oğlu |
Yasamal rayonu, Ə.Əhmədov küçəsi 28 |
İnzibati protokol tərtib edilib |
|
13. |
Ağalarov Rauf Cümşüd oğlu |
Yasamal rayonu, Ə.Əhmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
14. |
Alyarov İsrail Kamran oğlu |
Yasamal rayonu, Ə.Əhmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
15. |
Alyarov Qurban Kamran oğlu |
Yasamal rayonu, M.Xiyabani küçəsi 370A |
İnzibati protokol tərtib edilib |
|
16. |
Muradov Zakir Vəlixan oğlu |
Yasamal rayonu, Ə.Əhmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
17. |
Hüseynov Musa Ziyadxan oğlu |
Yasamal rayonu, Ə.Əhmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Tərtər rayonu üzrə |
|||
|
18. |
Ələkbərov Sərxan Etibar oğlu |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
Xaçmaz rayonu üzrə |
|||
|
19. |
Əhmədov Əzim Bəhruz oğlu |
Nərəcan kəndi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
20. |
Hüseynov Ramin Şafaqat oğlu |
Müzəffəroba kəndi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
21. |
Məmmədov Əfqan Novruz oğlu |
Köhnə Xaçmaz kəndi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Balıqçılıq subyektlərində epizootoloji monitorinq keçiriləcək
Respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən balıqçılıq subyektlərində infeksion və invazion xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi, xəstəliklərin erkən aşkarlanması və yayılma risklərinin müəyyənləşdirilməsi məqsədilə monitorinq aparılacaq. 5–9 oktyabr tarixlərində keçiriləcək tədbirlər balıqçılıq və akvakultura məhsullarının istehsalı, yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan, həmçinin beynəlxalq ticarətdə iştirak edən və ya belə imkanlara malik 26 təsərrüfatı əhatə edəcək. Monitorinq çərçivəsində balıqların həssas olduğu xəstəliklər üzrə klinik və epizootoloji müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Təsərrüfatlarda baytarlıq norma və tələblərinə əməl olunması vəziyyəti də nəzərdən keçiriləcək, sahibkarlıq subyektləri üçün maarifləndirici tədbirlər təşkil olunacaq. Epizootoloji vəziyyətə dair müvafiq məlumatlar təhlil ediləcək. Tədbirlərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssisləri iştirak edəcəklər. Qeyd edək ki, balıq xəstəlikləri üzrə epizootoloji vəziyyətin mütəmadi öyrənilməsi balıqçılıq və akvakultura məhsullarının beynəlxalq ticarəti baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilən müvafiq hesabatlarda əks olunur.
Giriş