Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
10 Fevral 2023 15:32
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
8-9 fevral tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı rayonunda bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 24 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 8 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
| 1. |
Məlikov Pərviz Müşfiq oğlu |
Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
| 2. |
Zülfüqarov Hüseyn Zaur oğlu |
Yasamal rayonu, Z.Kərimov küçəsi |
İnzibati protokol tərtib edilib |
| 3. |
Gözəlli Xanbala Mürvət oğlu |
Suraxanı rayonu, Hövsan qəs., İ.Əhlimanov küçəsi 11 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
| 4. |
Ələsgərov Poladxan Ələsvər oğlu |
Suraxanı rayonu, Hövsan qəs., İ.Əhlimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
| 5. |
Bayramov İsa Əlibala oğlu |
Suraxanı rayonu, Hövsan qəs., İ.Əhlimanov küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
| 6. |
Ağayev Ərastun Ağasəməd oğlu |
Suraxanı rayonu, Hövsan qəs., İ.Əhlimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
| 7. |
Əliyev Eldar Məhəmməd oğlu |
Suraxanı rayonu, Hövsan qəs., E.Məmmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
| 8. |
Qafarov Cəfər Yusif oğlu |
Suraxanı rayonu, Hövsan qəs., E.Məmmədov küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
| 9. |
Əliyev Füzuli Şamil oğlu |
Suraxanı rayonu, Hövsan qəs., O.Şabanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
10. |
Rzayev Elmar Fazil oğlu |
Suraxanı rayonu, Hövsan qəs., O.Şabanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
11. |
Ələkbərov Arif Oruc oğlu |
Suraxanı rayonu, Hövsan qəs., O.Şabanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
12. |
Heydərov Fəxrəddin Nağdəli oğlu |
Suraxanı rayonu, Bülbülə qəs., S.Bəhlulzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
13. |
Əliyev Sahib Ağasəlim oğlu |
Suraxanı rayonu, Bülbülə qəs., S.Bəhlulzadə küçəsi 73 |
İnzibati protokol tərtib edilib |
|
14. |
Məhsumov Həsənağa Zümrüd oğlu |
Suraxanı rayonu, Bülbülə qəs., S.Bəhlulzadə küçəsi 71 |
İnzibati protokol tərtib edilib |
|
15. |
Əmirov Rauf Sərvər oğlu |
Suraxanı rayonu, Bülbülə qəs., N.Nərimanov küçəsi 24 |
İnzibati protokol tərtib edilib |
|
16. |
Hüseynov Şahin Qərib oğlu |
Suraxanı rayonu, Bülbülə qəs., S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
17. |
İsmayılov Vüsal Mənsim oğlu |
Suraxanı rayonu, Bülbülə qəs., S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
18. |
Məhərrəmov Nurlan Ramiz oğlu |
Suraxanı rayonu, Bülbülə qəs., S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
19. |
Dəmirov Murad Hikmət oğlu |
Suraxanı rayonu, Bülbülə qəs., S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
20. |
Xəlilzadə Rəşid Hamlet oğlu |
Suraxanı rayonu, Bülbülə qəs., S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
21. |
Əliyev Surac Yapdıməli oğlu |
Suraxanı rayonu, Bülbülə qəs., S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
22. |
Ələkbərov Ələsgər Köçəri oğlu |
Suraxanı rayonu, Bülbülə qəs., S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Masallı rayonu üzrə |
|||
|
23 |
Səfərov Balasət Rəhim oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
|
24 |
Səfərov Saməddin Rəhim oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Giriş