Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
27 Fevral 2023 16:02
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
24 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı, Xaçmaz, Qazax, Ağcabədi rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 22 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 2 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Abbasov Amil Nail oğlu |
Xətai rayonu, K.Kərimov küçəsi 17 |
İnzibati protokol tərtib edilib |
|
2. |
Tağıyev Xəyal Cəmaləddin oğlu |
Xətai rayonu, K.Kərimov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
3. |
Məmiyev Fuad Mətləbxan oğlu |
Xətai rayonu, K.Kərimov küçəsi 153 |
İnzibati protokol tərtib edilib |
|
4. |
Həsənov Bəxtiyar Saday oğlu |
Xətai rayonu, S.Orucov küçəsi 45 |
İnzibati protokol tərtib edilib |
|
5. |
Məmmədov Ehdiram Hacıməmməd oğlu |
Xətai rayonu, Babək prospekti 64 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
6. |
Hüseynov İlkin Nizami oğlu |
Xəzər rayonu, Türkan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Xaçmaz rayonu üzrə |
|||
|
7. |
Ağayev Nemət Sadıq oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
8. |
Mehrəliyev Məclum Gülmurad oğlu |
Quba yolu |
İnzibati protokol tərtib edilib |
|
9. |
Almazov Şıxsəddin Şəmsəddin oğlu |
Yergüc kəndi |
İnzibati protokol tərtib edilib |
|
Ağcabədi rayonu üzrə |
|||
|
10. |
Məmmədov Elmin Zahid oğlu |
H.Hacıyev küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
11. |
Rüstəmov Cehun Elxan oğlu |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
12. |
İbadov Mahil İldırım oğlu |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
Qazax rayonu üzrə |
|||
|
13. |
Nəbiyev Rəşad İmamqulu oğlu |
Çaylı kəndi |
İnzibati protokol tərtib edilib |
|
Masallı rayonu üzrə |
|||
|
14. |
İbadov Kamran Bahaddin oğlu |
20 Yanvar küçəsi, Köhnə bazar |
İnzibati protokol tərtib edilib |
|
15. |
Feyzullayev Ramil Tofiq oğlu |
20 Yanvar küçəsi, Köhnə bazar |
İnzibati protokol tərtib edilib |
|
16. |
Səfərov Rasim Balasət oğlu |
20 Yanvar küçəsi, Köhnə bazar |
İnzibati protokol tərtib edilib |
|
17. |
Məmmədxanov Emin Hümmət oğlu |
20 Yanvar küçəsi, Köhnə bazar |
İnzibati protokol tərtib edilib |
|
18. |
Abbasov Təvəkkül Təsadüf oğlu |
20 Yanvar küçəsi, Köhnə bazar |
İnzibati protokol tərtib edilib |
|
19. |
Əliyev Tural Fəyyaz oğlu |
20 Yanvar küçəsi, Köhnə bazar |
İnzibati protokol tərtib edilib |
|
20. |
Dadaşov Burhan Abdul oğlu |
20 Yanvar küçəsi, Köhnə bazar |
İnzibati protokol tərtib edilib |
|
21. |
Səfərov Balasət Rəhim oğlu |
20 Yanvar küçəsi, Köhnə bazar |
İnzibati protokol tərtib edilib |
|
22. |
Səfərov Saməddin Rəhim oğlu |
20 Yanvar küçəsi, Köhnə bazar |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Giriş