Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
3 Mart 2023 14:41
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
1-2 mart tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Ağcabədi, Xaçmaz, Masallı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 19 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 10 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
|
Bakı şəhəri üzrə |
||||
|
1. |
Həsənov Rabil Asif oğlu |
Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 51 |
İnzibati protokol tərtib edilib |
|
|
2. |
Əsgərov İkram Sadıq oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
|
3. |
Allahverdiyev Rahib Sadiq oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
|
4. |
Əliyev Malik Oqtay oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
5. |
İbrahimov Fərid Sahib oğlu |
Nəsimi rayonu, M.Kazımov küçəsi 31 |
İnzibati protokol tərtib edilib |
|
|
6. |
Orucov Ruslan Nizami oğlu |
Nəsimi rayonu, M.Kazımov küçəsi 17 |
İnzibati protokol tərtib edilib |
|
|
7. |
Mustafayev İsmayıl Yusif oğlu |
Nəsimi rayonu, A.Mustafayev küçəsi 30/4214 |
İnzibati protokol tərtib edilib |
|
|
8. |
İbrahimov Fəxrəddin Əbil oğlu |
Nəsimi rayonu, A.Mustafayev küçəsi 15 |
İnzibati protokol tərtib edilib |
|
|
9. |
Səmədli Azər Həmdulla oğlu |
Nəsimi rayonu, A.Mustafayev küçəsi 30, məh. 14 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
|
10. |
Əliyev İnqilab İlham oğlu |
Xəzər rayonu, Binə Atçılıq qəsəbəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
|
Abşeron rayonu üzrə |
||||
|
11. |
Bayramov Elgün Tahir oğlu |
Masazır qəsəbəsi, Ə.Vahid küçəsinin kəsişməsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
|
12. |
Həsənov Nurəli |
Masazır qəsəbəsi, Ə.Vahid küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
|
Ağcabədi rayonu üzrə |
||||
|
13. |
İbadov Mobil İldırım oğlu |
Ağcabədi şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
|
14. |
Əliyev Sənur Xanlar oğlu |
Ağcabədi şəhəri, N.Abdullayev küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
|
15. |
Mamedov Ömər Sadiq oğlu |
S.Vurğun küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
|
16. |
Usubov Niyaməddin Rizvan oğlu |
Ağcabədi şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
|
Xaçmaz rayonu üzrə |
||||
|
17. |
Kərimov Eyvaz Kərim oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
|
Masallı rayonu üzrə |
||||
|
18. |
Əşrəfov Əşrəf Abı oğlu |
Ərkivan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
19. |
Abbasov Röyal Səfərəli oğlu |
Alvadı kəndi |
İnzibati protokol tərtib edilib |
|
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Giriş