Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
28 Mart 2023 12:22
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
27 mart tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Xaçmaz rayonunda bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 16 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 2 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Əmirov Rəşad Namiq oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
2. |
Bağırov Tofiq Əhməd oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
3. |
Ələsgərov Poladxan Ələsgər oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
4. |
Fətəliyev İbrət Vəli oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Yusubov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
5. |
Allahverdiyev Bəhruz Elman oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Yusubov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
6. |
Babayev Kənan Hacıbaba oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
7. |
Quliyev Elnur Valeh oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi 51 |
İnzibati protokol tərtib edilib |
|
8. |
Ağayev Ərəstun Ağasəməd oğlu |
Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
9. |
İbrahimov Hüseyn Əbdülhüseyn oğlu |
Nizami rayonu, İ.Həbibov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
10. |
Daşdəmirov Namiq Vərəqə oğlu |
Nizami rayonu, İ.Həbibov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
11. |
Verdiyev Şəmşir Əliş oğlu |
Nizami rayonu, İ.Həbibov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
12. |
Bayramov Əlizamin Əliheydər oğlu |
Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Xaçmaz rayonu üzrə |
|||
|
13. |
Məlikməmmədov Rəşad İlyas oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
14. |
Seyidov Zaur Buludxan oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
15. |
Ağayev Nizami Əmirağa oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
16. |
Əhmədov Əzim Bəhruz oğlu |
Nərəcan kəndi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib - VİDEO
Ölkə ərazisində epizootik sabitliyin qorunması, xüsusi təhlükəli heyvan xəstəliklərinin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsas fəaliyyət istiqamətlərindəndir. Bu çərçivədə AQTA tərəfindən noyabrın 16-dan 20-dək respublika ərazisində təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib. Monitorinqlər zamanı müxtəlif xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə heyvanların kliniki müayinəsi aparılıb, laborator müayinələr üçün diaqnostik nümunələr götürülüb, saxlanma yerlərinin baytarlıq-sanitariya vəziyyəti yoxlanılıb. Eyni zamanda, heyvan sahibləri arasında baytarlıq norma və qaydalarına riayət olunması, xəstəliklərin profilaktikası və biotəhlükəsizlik tədbirlərinin əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılıb.
Tərtərdə iri və xırdabuynuzlu heyvanların identifikasiyası ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsi Tərtər rayonunda yerli icra nümayəndələri və bələdiyyə üzvlərinin iştirakı ilə iri və xırdabuynuzlu heyvanların dövlət hesabına identifikasiyasının aparılması ilə bağlı maarifləndirici tədbir keçirib. Görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflər diqqətə çatdırılıb. Bildirilib ki, heyvanların elektron uçotu onların mənşəyinin və doğulandan kəsiminədək izlənilməsinə, baytarlıq nəzarətinin gücləndirilməsinə və heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək. Bu baxımdan rayonun kənd və qəsəbələrində heyvandarlıq təsərrüfatlarının qeydiyyata alınması və izlənmənin düzgün təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Tədbirdə həmçinin heyvanların identifikasiyasının təşkili, eləcə də məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə daxil edilməsi qaydaları izah olunub, yaradılmış modul və portalın təqdimatı keçirilib. Sonda iştirakçıların sualları cavablandırılıb, qarşıdakı vəzifələrin icrasında birgə, koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.
Quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Dekabr ayının 7-11 tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkə ərazisində quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq aparılacaq. Monitorinq çərçivəsində ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərinə, eləcə də vəhşi quşlara baxış keçirilməsi nəzərdə tutulur. Vəhşi quşlar xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanacaq, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan ev quşlarından da diaqnostik nümunələr götürülərək laboratoriyalarda müvafiq müayinələr aparılacaq. Tədbir müddətində ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara da ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək. Monitorinq zamanı götürülmüş nümunələr və epizootoloji vəziyyət barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək.
Giriş