Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
7 Aprel 2023 13:01
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
5-6 aprel tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Xaçmaz rayonunda bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 26 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
| 1. |
Məmmədov Mehman Sovet oğlu |
Nərimanov rayonu, A.Neymətulla küçəsi 62 |
İnzibati protokol tərtib edilib |
| 2. |
Rəşidov Ruslan Telman oğlu |
Nərimanov rayonu, A.Neymətulla küçəsi |
İnzibati protokol tərtib edilib |
| 3. |
Əhmədov Aqil Rəfail oğlu |
Nərimanov rayonu, Mayakovksi küçəsi 5 |
İnzibati protokol tərtib edilib |
| 4. |
Şükürzadə Zəfər Rəşid oğlu |
Nərimanov rayonu, A.Məmmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
| 5. |
Abbasov Ruslan Adil oğlu |
Nərimanov rayonu, Təbriz küçəsi 55 |
İnzibati protokol tərtib edilib |
| 6. |
Həsənov Elbrus Əlifağa oğlu |
Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 24 |
İnzibati protokol tərtib edilib |
| 7. |
Qasımov Rəşad Tofiq oğlu |
Nərimanov rayonu, R.Axundov küçəsi |
İnzibati protokol tərtib edilib |
| 8. |
Cəfərov Nəcəf Nəzir oğlu |
Nərimanov rayonu, T.Şıxəliyev küçəsi 14 |
İnzibati protokol tərtib edilib |
| 9. |
Xanməmmədov Əkbər Əzim oğlu |
Nərimanov rayonu, Ə.Əlizadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
10. |
İsmayılov Habil Qulu oğlu |
Nərimanov rayonu, A.Neymətulla küçəsi |
İnzibati protokol tərtib edilib |
|
11. |
Şahverdiyev Şaban Fail oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
12. |
Osmanov Elşən Şəmistan oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
13. |
Şahverdiyev Şəhriyar Ümidvar oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
14. |
Şahverdiyev Ümidvar Fazil oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, R.Rzayev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
15. |
Şahverdiyev Rauf Fazil oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
16. |
Şahverdiyev Ərəstun Fazil oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
17. |
Şahməmmədov Ədalət Məhəmməd oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi 5 |
İnzibati protokol tərtib edilib |
|
18. |
Quliyev Habil Ərşad oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
19. |
Şahverdiyev Əflatun Fazil oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
20. |
Əliyev Əvəz Şahmar oğlu |
Qaradağ rayonu, M.Seyidov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
21. |
Rzayev Faqət Zülfü oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi |
İnzibati protokol tərtib edilib |
|
22. |
Quliyev Ramiz Yasin oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi 20 |
İnzibati protokol tərtib edilib |
|
23. |
Həsənov Ədalət Murad oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Xaçmaz rayonu üzrə |
|||
|
24. |
Bayramov İsabala Məhəmməd oğlu |
İzmaylovka qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
25. |
Mustafayev Rövşən Əliqulu oğlu |
Xaçmaz şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
26. |
Əliyev Azad Teymurşah oğlu |
İzmaylovka qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Giriş