Qax rayonunda meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb
16 İyun 2022 10:02
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Qida Təhlükəsizliyi Agentliyinin Şəki regional bölməsinin əməkdaşları tərəfindən Milli Monitorinq Planı çərçivəsində bölgənin meyvə bağlarında növbəti fitosanitar müşahidələr Qax rayonunda aparılıb.
Müşahidələr zamanı karantin tətbiq edilən zərərli orqanizmlərdən tut çanaqlı yastıcasına (Pseudaulacaspis pentagona), şərq meyvəyeyəninə (Grapholita molesta), meyvə ağaclarının bakterial yanığı (Erwinia amylovora) xəstəliyinin simptomlarına rast gəlinib.
Simptomlu bitki hissələrindən laborator müayinələrə cəlb edilməsi məqsədilə nümunələr götürülüb. Həmçinin meyvə bağlarında şaftalı meyvəyeyəninin (Carposina niponensis), Aralıq dənizi meyvə milçəyinin (Ceratitis capitata), qərb çiçək tripsinin (Frankliniella occidentalis), qəhvəyi mərmər taxtabitinin (Halyomorpha halys) mövcudluğunu müəyyənləşdirmək məqsədilə feromon tələlər asılıb.
Monitorinqlər zamanı təsərrüfat sahiblərinə pestisidlərlə işləyən zaman preparatların tətbiq reqlamentinin gözlənilməsi və təhlükəsizlik qaydalarına əməl edilməsi istiqamətində tövsiyələr verilib.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Minnesota, Oklahoma, Tennessi və Arizona ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq bəzi məhdudiyyətlər tətbiq olunub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Çin Xalq Respublikasının Sincan Uyğur muxtar regionunda xırdabuynuzlu heyvanların taun, Andorra Knyazlığının Ordino inzibati ərazi vahidində blutanq, Tunis Respublikasının Aryana, Ben-Arous, Beca, Qafsa, Cenduba, Mahdiya, Manuba, Sfax, Silyana, Susa, Zaqvan, Kebili, Medenin vilayətlərində, Koreya Respublikasının Collanam-do əyalətində, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında isə dabaq xəstəliyi aşkarlanıb. Bundan başqa, Polşa Respublikasının Podkarpatsk, Malopolsk inzibati ərazilərində, Şimali Makedoniya Respublikasının Poloq regionunda Nyukasl, Kamboca Krallığının Kamponq Çnanq, Prea Sianuk əyalətlərində, Şotlandiyanın Haylənd inzibati ərazi vahidində, Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatında, Polşa Respublikasının Sventokşisk inzibati ərazisində, Nigeriya Federativ Respublikasının Kaduna, Zamfara ştatlarında, Toqo Respublikasının Mərkəz, Maritaym vilayətlərində, Banqladeş Xalq Respublikasının Kxulna vilayətində, Hindistan Respublikasının Karnataka ştatında, Toqo Respublikasının Maritaym vilayətində, İngiltərənin Şimal-Şərqi İngiltərə regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, diri iri və xırdabuynuzlu heyvanların, onlara aid məhsulların, habelə diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.