Qida məhsullarının zənginləşdirilməsi necə həyata keçirilir?
21 İyun 2023 16:49
Qida məhsullarının zənginləşdirilməsi haqqında qərar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) elmi əsaslandırılmış təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir və qida zənciri subyektləri üçün məcburi xarakter daşıyır. Bu Qərar daxili bazara yerləşdirilməsi məqsədilə istehsal və ya emal olunan və ya ölkəyə idxal edilən qida məhsullarına şamil olunur. Bu barədə Nazirlər Kabinetinin ““Qida məhsullarının zənginləşdirilməsi (fortifikasiya) haqqında qərarın qəbul edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərar”ında bildirilir. Sənədə əsasən, əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə yaradılan tibbi statistika və məlumat-analitik bankının məlumatları, habelə adambaşına düşən istehlak göstəricilərinə dair məlumatlar əsasında zərurət müəyyən olunduqda, AQTA və Səhiyyə Nazirliyi tərəfindən qida məhsullarının zənginləşdirilməsi ilə bağlı bu Qayda ilə müəyyən edilən prosedura başlanılması barədə qərar qəbul olunur. Həmçinin müvafiq məlumatlar Agentlik tərəfindən qida məhsullarının zənginləşdirilməsi ilə bağlı elmi araşdırmanın aparılması məqsədilə AQTİ-yə təqdim edilir. İnstitut tərəfindən elmi araşdırma aşağıdakılar nəzərə alınmaqla aparılır:
- əhalidə bir və ya daha çox nutriyent çatışmazlığı ilə bağlı tibbi dəlillər;
- nutriyentlərin qəbulunun aşağı səviyyədə olmasına dair məlumatlar;
- əhalinin qidalanma vəziyyətinin yaxşılaşdırılması və (və ya) qidalanma vərdişlərində baş verən dəyişikliklər səbəbindən qida qəbulunda nutriyentlərin mümkün çatışmazlıqlarının aradan qaldırılması imkanı;
- nutriyentlərin qidalanmada rolu və onların (o cümlədən onların çatışmazlığının) sağlamlığa təsirləri ilə bağlı son elmi sübutlar;
- nutriyentlərin insan həyat və sağlamlığı üçün təhlükəsiz olan yuxarı həddi;
- çatışmazlığı olan nutriyenti ehtiva edən hər bir qida məhsulunun ümumilikdə əhalinin və ya əhalinin xüsusi qruplarının ümumi qida rasionundakı miqdarı;
- çatışmayan nutriyentlərin digər qida mənbələrindən qəbulu səviyyəsi;
- qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyən edilmiş tələblər.
Aparılan elmi araşdırma nəticəsində AQTİ tərəfindən qida məhsullarının zənginləşdirilməsi haqqında elmi əsaslandırılmış təklif formalaşdırılır və Agentliyə təqdim olunur. AQTA tərəfindən bu təklif əsasında zənginləşdirilə biləcək qida məhsullarının, o cümlədən həmin qida məhsullarının zənginləşdirilməsinin iqtisadi sahəyə təsirinin müəyyən edilməsi məqsədilə Səhiyyə, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin və digər aidiyyəti dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələrindən ibarət tərkibdə işçi qrup yaradılır. İşçi qrupun təklifləri nəzərə alınmaqla, AQTA tərəfindən qərar layihəsi hazırlanır. Həmin layihə İnstitutun elmi əsaslandırılmış təklifi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir. Qida məhsullarının zənginləşdirilməsi haqqında Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarda çatışmazlığı olan nutriyentin qida məhsulundakı həddi qeyd olunmalıdır. Qida məhsuluna inqrediyentin və digər maddənin əlavə edilməsi çatışmazlığı olan nutriyentin qida məhsulunda ən azı müəyyən edilmiş minimum miqdarda olması ilə nəticələnməlidir.
Oxşar xəbərlər
Şadlıq saraylarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır - VİDEO
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən şadlıq saraylarında mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. AQTA-nın Bakı Regional bölməsinin rəisi Elşad Cəbrayılov bildirib ki, şadlıq sarayları yüksək risk qrupuna aid qida obyektləridir. Bu səbəbdən obyekt rəhbərləri qida təhlükəsizliyi tələblərinə əməl olunmasını, xüsusilə mətbəxlərin sanitar-gigiyenik vəziyyətinin, işçilərin şəxsi gigiyenasının, qida məhsullarının daşınması, saxlanması və hazırlanması qaydalarının təmin edilməsini diqqətdə saxlamalıdırlar. Elşad Cəbrayılov kütləvi qidalanma xidmətləri göstərən obyektlərin rəhbərlərini qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırıb. Daha ətraflı:
“Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb
Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. Məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib. Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Araşdırma yekunlaşanadək “Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb.
Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Şagirdlərin qida məhsulunu alaraq istehlak etdikləri bufetdə yoxlama aparılıb, fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Yoxlama zamanı bufetdə satışa çıxarılan qida məhsullarından nümunələr götürülərək laboratoriyaya göndərilib. Araşdırmalar davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə Koordinatoru olacaq
Giriş