Qida Təhlükəsizliyi Agentliyi aqrokimyəvi maddələrlə bağlı xəbərdarlıq etdi
13 Sentyabr 2018 00:00
Son zamanlar aqrokimyəvi maddələrin idxalı ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsinə baxmayaraq, bəzi sahibkarlıq subyektləri tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada sınaqları aparılmayan, o cümlədən qeydiyyatdan keçməyən və mənşəyi məlum olmayan bir sıra aqrokimyəvi maddələrin (pestisidlər, o cümlədən herbisidlər, funqisitlər, insektisidlər, defoliantantlar, akarisidlər və gübrələr) ölkəyə idxalı cəhdləri müşahidə olunmaqdadır.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu kimi cəhdlərin qarşısı qətiyyətlə alınır. Eyni zamanda bildirilir ki, yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilən preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış, etiketləşdirilmiş pestisidlər və gübrələrin idxalına icazə verilir. Nəzərə almaq lazımdır ki, sınaqları aparılmamış, istifadəsi üçün müsbət rəy alınmayan və mənşəyi məlum olmayan bu cür aqrokimyəvi maddələrin istifadəsi əhalinin sağlam qida məhsulları ilə təmin edilmsinə ciddi təhlükələr yaratmaqla yanaşı, əkinə yararlı məhsuldar torpaqların uzunmüddətli çirklənməsi və sıradan çıxmasına səbəb olur. Eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olmayan bu cür aqrokimyəvi maddələrin istifadəsi təsərrüfat sahələrində çalışan insanların, həssas əhali qrupuna daxil olan hamilə qadınların, uşaqların, qocaların sağlamlığına ciddi fəsadlar törətməklə genofondumuza mənfi təsir göstərə biləcək hallara gətirib çıxara bilər.
Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edir ki, qeydiyyatdan keçməmiş bu cür aqrokimyəvi maddələrin, pestisidlərin ölkəyə idxalına cəhd edən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcəkdir.
Oxşar xəbərlər
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Süfrəmizə gələn ətin təhlükəsizliyi haradan başlayır? - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin olunması heyvanın sağlamlığının və mənşəyinin nəzarətdə saxlanılmasından başlayır. Bu prosesdə heyvanların identifikasiyası və baytarlıq nəzarəti mühüm əhəmiyyət daşıyır.
Cəlilabadın Təzəkənd kəndində yerləşən heyvan satışı bazarının fəaliyyətinə icazə verilib - Video
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarının baytarlıq-sanitariya vəziyyətinin qiymətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Agentlik sədrinin müvafiq əmri ilə yaradılan komissiya tərəfindən heyvan bazarlarında aparılan yenidənqurma işlərinin mövcud tələblərə uyğunluğu yerində qiymətləndirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş