Qida Təhlükəsizliyi Agentliyi süd emalı zavodunda monitorinq keçirdi
1 İyun 2018 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində maarifləndirmə xarakterli monitorinqlərini davam etdirir. Əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədi daşıyan monitorinqlər çərçivəsində mayın 31- i Agentliyin mütəxəssisləri “Kürdəmir Süd Emalı Zavodu” MMC-də olublar.
Müəssisə əməkdaşlarına süd və süd məhsullarının qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsi olduğu və bu istiqamətdə təhlükəsizliyin təmin olunması ilə bağlı qarşıya qoyulan tələblər haqqında geniş məlumat verilib.
Müasir standartlara cavab verən, rəqabətə davamlı süd məhsullarının istehsalı, tədarükü, qablaşdırılması və satışının təşkilində istehlakçı hüquqlarının qorunmasının qarşıda duran əsas vəzifələrdən biri olduğu vurğulanıb. Monitorinq zamanı müəssisə əməkdaşlarına məlumatverici təlimatlar təqdim olunub.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
AQTA heyvan kəsimi məntəqələrində sağlamlaşdırma işləri aparır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan kəsimi məntəqələrində aparılan son monitorinqlər zamanı müəyyən edilmiş sanitar-gigiyenik və sanitar-texniki nöqsanların aradan qaldırılması ilə bağlı sahibkarlara müvafiq göstərişlər verilib. Qısa müddət ərzində məntəqələrdə zəruri sağlamlaşdırma işləri aparılıb, aşkar edilmiş nöqsanlar aradan qaldırılıb və obyektlərin normativ tələblərə uyğunlaşdırılması təmin edilib. Sağlamlaşdırma işləri aparılan məntəqələr aşağıdakılardır: • Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 56; • Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 63, 2403-cü məhəllə; • Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ ərazisi.
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş