Qida Təhlükəsizliyi Agentliyinin Sabirabadda qarayaranın aşkarlanması barədə məlumatı
1 Avqust 2019 10:38
25 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sabirabad rayon Gigiyena və Epidemiologiya Mərkəzindən rayonun İ.İsgəndərov küç. 64. ünvanında yaşayan 1961-ci il təvəllüdlü Heydərov Malik Alış oğlu və həmin küçədə bina 3. ev 23. ünvanında yaşayan 1950-ci il təvəllüdlü Qəfərov Tofiq Heybət oğlunun rayon Mərkəzi Xəstəxanasının infeksiya şöbəsində hospitalizasiya olunması və qarayara xəstəliyinə yoluxma şübhəsi əsasında hər iki şəxsdən müayinə materialları götürülərək İmişli Rayon Taun Əleyhinə Stansiyasına göndərilməsi və nəticələri ilə bağlı əlavə məlumat verilməsi haqqında məktub daxil olmuşdur.
Məlumat daxil olduqdan dərhal sonra Agentliyin mütəxəssislərindən ibarət araşdırma qrupu yaradılmış və hadisənin baş verdiyi əraziyə ezam olunmuşdur. Araşdırma qrupu tərəfindən xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalara başlanılmışdır.
Bu məqsədlə daxil olan informasiyalar təhlil olunaraq, anamnez məlumatlar toplanmış, xəstəliyə yoluxması ehtimal olunan şəxslərin şəxsi təsərrüat sahələrində, heyvanların saxlanıldığı ərazidə kliniki müayinələr həyata keçirilmiş, şəxsi təsərrüfatlarda olan heyvanların peyvəndləmə işləri təhlil olunmuş və heyvanların xəstəliyə yoluxma ehtimalı öz təsdiqini tapmamışdır.
Agentlik əməkdaşları tərəfindən hadisənin baş verməsi ehtimal olunan mümkün səbəblər üzrə araşdırmaların əhatə dairəsi genişləndirilmiş və yoluxma ehtimalı olunan şəxsin qardaşına məxsus heyvan kəsimi məntəqəsinə baxış keçirilmişdir. Kəsim məntəqəsindən müvafiq nümunələr götürülərək aidiyyəti üzrə laboratoriyalara təqdim edilmişdir.
Aparılan araşdırmaların hazırki mərhələsinə qədər həmin şəxslərin təmasda olduğu heyvanlarda və heyvandarlıq təsərrüfatında xəstəlik faktı aşkar olunmamışdır.
Hazırda Agentliyin mütəxəssisləri tərəfindən laborator müayinələr və epidemioloji araşdırmalar, ehtimal olunan xəstəliyin törədicisinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Araşdırmaların nəticələri məlum olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.
Oxşar xəbərlər
Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır?
Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün heyvan kəsimi yalnız baytarlıq-sanitariya və qida təhlükəsizliyi tələblərinə cavab verən kəsim məntəqələrində həyata keçirilməlidir. Kəsim məntəqələrində istehsal prosesinin təhlükəsiz və gigiyenik şəkildə təşkili üçün “çirkli” və “təmiz” zonalar ayrılmalı, heyvanların kəsimdən əvvəl saxlanılması, kəsim, ətin emalı, qablaşdırılması və soyudulması üçün zəruri sahələrin olması vacibdir.
AQTA, Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatı
Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırmalara əsasən xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində “qarayara xəstəliyi” diaqnozu təsdiq edilmişdir. Hazırda təmasda olan şəxslər müəyyənləşdirilmış, tibbi müşahidəyə cəlb edilmiş və hər hansı dəri yarası olan şəxslərdən laborator müayinələrin aparılması üçün nümunələr toplanılmışdır. Xəstə heyvanla təmasda olan 9 nəfər şəxs aşkarlanaraq Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilmişdir. Xəstəliklə təmasda olan şəxslər əsasən Samux rayon sakinləridir. Sözügedən şəxslərdən laborator müayinə üçün nümunələr toplanmış və Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilmişdir.
Ağdaş heyvan satışı bazarı fəaliyyətə başlayıb
Ağdaş rayonunda yerləşən iri və xırdabuynuzlu heyvan satışı bazarı fəaliyyətini bərpa edib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qiymətləndirilməsindən sonra müasir baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun yenidən təşkil olunub. Bazarda baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş