Qida Təhlükəsizliyi Agentliyinin sədri İstehlak Mallarının Ekspertizası Mərkəzinin laboratoriyası ilə tanış olub
14 May 2018 00:00
14 may 2018-ci il tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli İstehlak Mallarının Ekspertizası Mərkəzinin Nərimanov rayonunda yerləşən Mərkəzi Qida və Qeyri-Ərzaq Mallarının Sınaq Laboratoriyasına baxış keçirib. Sədr Mərkəzin fəaliyyəti, maddi-texniki bazası və əməkdaşların bilik səviyyəsi ilə tanış olub.
Aparılan laborator müayinələr zamanı şəffaflığın qorunması üçün vahid elektron bazanın yaradılmnasının vacibliyini vurğulayan Q.Təhməzli gələcəkdə bu istiqamətdə həyata keçiriləcək yeniliklərdən bəhs edib. Agentliyin sədri həmçinin, iş prosesində əməkdaşların qarşılaşdıqları bir çox məsələlərlə maraqlanıb, onların istək və arzularını dinləyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 26 yanvar tarixli sərəncamına əsasən, İstehlak Mallarının Ekspertizası Mərkəzinin Bakı şəhərində yerləşən Qida və Qeyri-Ərzaq Mallarının Mərkəzi Sınaq Laboratoriyası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib.
Oxşar xəbərlər
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Süfrəmizə gələn ətin təhlükəsizliyi haradan başlayır? - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin olunması heyvanın sağlamlığının və mənşəyinin nəzarətdə saxlanılmasından başlayır. Bu prosesdə heyvanların identifikasiyası və baytarlıq nəzarəti mühüm əhəmiyyət daşıyır.
Cəlilabadın Təzəkənd kəndində yerləşən heyvan satışı bazarının fəaliyyətinə icazə verilib - Video
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarının baytarlıq-sanitariya vəziyyətinin qiymətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Agentlik sədrinin müvafiq əmri ilə yaradılan komissiya tərəfindən heyvan bazarlarında aparılan yenidənqurma işlərinin mövcud tələblərə uyğunluğu yerində qiymətləndirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş