Qida Təhlükəsizliyi İnstitutunda laborant işinin təkmilləşdirilməsi məqsədilə təlim keçirilib
1 Sentyabr 2018 00:00
Sentyabrın 1-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Qida Təhlükəsizliyi Nəzarət Məntəqələriinn işçilərinə laborant işinin təkmilləşdirilməsi məqsədilə təlim keçirilib.
Təlim çərçivəsində iştirakçılara müayinələrin aparılması, laborator avadanlıqlardan düzgün istifadə və laborator işinin düzgün təşkil olunması barədə təlimatlar verilib, nəzarət məntəqələrində işin daha effektiv qurulması istiqamətində müzakirələr aparılıb.
Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşı Murtuz Əkbəri təlim iştirakçılarına vəzifə təlimatları və məntəqələrdə sənədləşmə işinin düzgün tərtib olunması barədə ətraflı məlumat verib.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Yunanıstanın Makedoniya və Frakiya inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun olaraq identikləşdirilməsinin təmin edilməsi və bu məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi, heyvanların identifikasiyası və qeydiyyat sisteminin ölkə ərazisində mərhələli şəkildə həyata keçirilməsi üzrə Dövlət Proqramından irəli gələn digər məsələlərin qısa müddət ərzində həlli ilə bağlı növbəti müşavirə Zaqatala rayonunda keçirilib.