Qida təhlükəsizliyi sahəsində norma və qaydaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində daha bir addım atıldı
4 Oktyabr 2019 10:20
Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər davam etdirilir. Bu məqsədlə yaradılan Kodeks Alimentarius Milli Komissiyasının Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda ilk iclası keçirilib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov komissiyanın yaradılmasının məqsədi, fəaliyyət istiqamətləri, qarşıda duran məsələlər, görüləcək işlərlə bağlı məlumat verib. Bildirilib ki, qarşıya qoyulan məqsəd bu sahədə mövcud olan sanitariya norma və qaydaları müvafiq beynəlxalq standartlara uyğunlaşdırmaqdır. Elxan Mikayılov onu da vurğulayıb ki, komissiyanın qarşısına qoyulan vəzifələr reallaşdırıldıqca istehsalçıların işi asanlaşacaq, istehlakçıların maraqları təmin olunacaq. Ən əsası Azərbaycanda istehsal olunan məhsulların ixrac potensialı artacaq. Sonra Agentliyin əməkdaşı Fərid Əmirov komissiya barədə təqdimatla çıxış edib. İclasda “Ümumi gigiyena tələbləri” və “Mikrobioloji kriteriyalar”a dair sanitariya norma və qaydalarının layihələri komissiya üzvlərinə təqdim edilib, komitələrdə baxılması məqsədəuyğun hesab olunub.
Qeyd edək ki, Kodeks Alimentarius Komissiyası qida məhsulları standartının işlənib hazırlanması məqsədilə 1963-cü ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yaradılıb. Ölkəmiz 2011-ci ildən komissiyanın üzvüdür.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
AQTA heyvan kəsimi məntəqələrində sağlamlaşdırma işləri aparır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan kəsimi məntəqələrində aparılan son monitorinqlər zamanı müəyyən edilmiş sanitar-gigiyenik və sanitar-texniki nöqsanların aradan qaldırılması ilə bağlı sahibkarlara müvafiq göstərişlər verilib. Qısa müddət ərzində məntəqələrdə zəruri sağlamlaşdırma işləri aparılıb, aşkar edilmiş nöqsanlar aradan qaldırılıb və obyektlərin normativ tələblərə uyğunlaşdırılması təmin edilib. Sağlamlaşdırma işləri aparılan məntəqələr aşağıdakılardır: • Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 56; • Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 63, 2403-cü məhəllə; • Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ ərazisi.
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş