Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Bir sıra ictimai iaşə və istirahət məkanlarının sahiblərinə xəbərdarlıq olundu
Bir sıra ictimai iaşə və istirahət məkanlarının sahiblərinə xəbərdarlıq olundu

Məlum olduğu kimi, ölkəmiz Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) qərarı ilə bir sıra heyvan xəstəliklərindən, o cümlədən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb. Əldə olunmuş nəticələr ölkəmizin biotəhlükəsizliyinin təmin olunması ilə yanaşı, həmçinin bu istiqamətdə ixrac potensialını daha da genişləndirir. Hazırda işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında da heyvan xəstəliklərindən azad statusun alınması üçün zəruri tədbirlər görülməkdədir. Ancaq təəssüflə qeyd edək ki, ölkəmizin bir sıra regionlarında, xüsusilə magistral yolların kənarında yerləşən istirahət zonalarında, restoran və kafelərdə vəhşi heyvanların və çöl quşlarının müxtəlif məqsədlərlə heç bir norma və qaydalara uyğun olmayan şəraitdə saxlanıldığı müşahidə olunur. Bütün bunlar ölkəmizdə epizootoloji sabitliyin pozulmasına risk təşkil etməklə yanaşı, ÜHST tərəfindən təsdiq olunmuş xəstəliklərdən azad zona statusuna da təhlükə yaratmış olur. Ölkəmizdə biotəhlükəsizliyin qorunmasına təhlükə hesab ediləcək bu cür qanunsuz fəaliyyətlər ixrac potensialı geniş olan heyvan mənşəli qida məhsullarının ixracına da maneə yarada bilər. Bildirilir ki, heyvanların ictimai iaşə obyektlərində, həmçinin müxtəlif istirahət məkanlarında bu şəkildə saxlanılması və nümayiş etdirilməsi qanunvericiliklə qəti qadağandır və bununla bağlı olaraq Agentlik tərəfindən müvafiq qurumlarla birgə zəruri tədbirlər görüləcəkdir.

ÜHST-nin Baş direktoru AQTA-nın nümayəndə heyəti ilə görüşüb
ÜHST-nin Baş direktoru AQTA-nın nümayəndə heyəti ilə görüşüb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Baş direktoru Emmanuel Subeyran qurumun 92-ci Baş Sessiyasında iştirak edəcək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti ilə görüşüb. ÜHST-nin mənzil-qərargahında keçirilən görüşdə AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Tamilla Əliyeva ölkəmizdə heyvan sağlamlığı sahəsində görülən tədbirlər haqqında məlumat verib, Azərbaycanda heyvan sağlamlığı və rifahı üçün həyata keçirilən tədbirlərdən danışıblar. Tərəflər ÜHST-nin İcraiyyə Nəzarət Komitəsinin üzvü seçilmiş Azərbaycanın regional komissiyanın vitse-prezidenti seçilməsindən söz açıblar. Ölkəmizin heyvan sağlamlığı və rifahı üçün həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilib. Görüşdə qlobal problem olan quduzluğa qarşı Azərbaycanda görülən tədbirlər yüksək qiymətləndirilərək ölkəmizin təcrübəsinin beynəlxalq səviyyədə bölüşdürülməsinin vacibliyi vurğulanıb. Həmçinin, Azərbaycandakı nəzarət və diaqnostika potensialının mövcudluğu, eləcə də ondan istifadə edilməsi xüsusi vurğulanıb. Azərbaycan nümayəndə heyətinin üzvləri təkilflərini təqdim edib və bu təkliflər yüksək qiymətləndirilib. ÜHST-nin yeniliklərə ehtiyacı olduğu qeyd edilib. Regional aktivliyin yüksəldilməsi, ehtiyacların nəzərə alınması kimi təkliflərdə müsbət qarşılanıb.

Video
Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir

Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir