Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi davam edir
7 Sentyabr 2021 16:44
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il sentyabrın 6-da qida məhsulları sahəsində fəaliyyət göstərən 30 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Oxşar xəbərlər
Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb- VİDEO
Sabirabad rayonunda yerləşən heyvan satışı bazarı fəaliyyətini bərpa edib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, biotəhlükəsizlik tələbləri təmin olunaraq bazar yenidən qurulub. Bazar baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub. Obyektdə baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb. Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu,Xaçmaz rayonlarında və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb. Ətraflı:
Heyvanların identifikasiyası: Fermadan süfrəyə təhlükəsiz izləmə
Kənd təsərrüfatı heyvanlarının identifikasiyası heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi məqsədini daşıyır. Azərbaycan Respublikasında heyvanların identifikasiyası və qeydiyyatı qanunvericiliklə tənzimlənir, qanuni tələbdir, məcburidir və ölkə üzrə baytarlıq nəzarətinin əsasıdır. Heyvanların identifikasiyası Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirilir. Heyvanların identifikasiyası aşağıdakı əsas məqsədlərə xidmət edir: Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası: Heyvanların fərdi olaraq identifikasiyası baytarlıq tədbirlərinin dəqiq və effektiv aparılmasına imkan yaradır. Bu, xəstəliklərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması üçün mühüm nəzarət mexanizmidir. Sağlamlıq və xəstəliklərə nəzarət: İdentifikasiya sayəsində heyvanların peyvəndlənməsi, müayinəsi və müalicəsi barədə dəqiq məlumat toplanır, bu isə xəstəliklərin yayılmasının minimuma endirilməsinə və heyvanların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına kömək edir. Qida təhlükəsizliyi: Heyvanların qeydiyyatı və izlənməsi qida təhlükəsizliyi zəncirinin - “fermadan süfrəyə” konsepsiyasının qorunmasına şərait yaradır. Bu, heyvan mənşəli məhsulların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verir. Kənd təsərrüfatı və heyvandarlığın inkişafı: Heyvanların izlənilməsi məhsuldarlığın artırılması, heyvan mənşəli məhsulların effektiv idarə olunması və elmi tədqiqatların aparılması üçün vacibdir. Ərzaq təhlükəsizliyi: İri və xırdabuynuzlu heyvanların dəqiq sayının müəyyənləşdirilməsi üçün identifikasiya və qeydiyyat mühüm rol oynayır. İtirilmiş və oğurlanmış heyvanların tapılması: Heyvanların identifikasiya məlumatları itmiş və ya oğurlanmış heyvanların axtarışını asanlaşdırır və onların kimə məxsus olduğunu müəyyən edir. Bu, oğurluq hallarında hüquqi sübutu kimi də istifadə olunur. Nəticə etibarı ilə, heyvanların identifikasiyası və qeydiyyatı baytarlıq nəzarətini gücləndirir, heyvanların sağlamlığı və rifahının qorunmasını təmin edir, qida təhlükəsizliyinin, ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır, hüquqi və iqtisadi məsuliyyəti dəqiqləşdirir, təsərrüfatların inkişafı və dövlət dəstəyi üçün imkanlar yaradır.
Ölkəmizdə epizootoloji vəziyyət sabitdir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublikanın təbiət ərazilərində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə epizootoloji monitorinqlər keçirilib. Monitorinqlər respublikanın 55 rayon və şəhərini (Naxçıvan Muxtar Respublikası daxil) əhatə edən 37 təbiət ərazisində, o cümlədən milli parklar, dövlət təbiət qoruqları, ovçuluq təsərrüfatlarında həyata keçirilib. Tədbirlərdə AQTA-nın, KTN yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, həmçinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin müvafiq ərazi bölmələrinin əməkdaşları iştirak edib. Monitorinqlər zamanı ümumilikdə 3 223 baş müxtəlif növ vəhşi heyvanın müşahidəsi aparılıb. Nəticələrə əsasən, xırdabuynuzlu heyvanların taunu, atların və donuzların Afrika taunu, yüksək patogen quş qripi, dabaq və quduzluq xəstəliklərinin mövcudluğunu ehtimal etdirən hər hansı epizootoloji göstərici müəyyən edilməyib. Bu, hədəf xəstəliklər üzrə epizootoloji vəziyyətin sabit olduğunu göstərir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş