Şəmkirdə heyvanların identikləşdirilməsi işlərinin genişləndirilməsi mövzusunda sahibkarlarla görüş keçirilib
31 Oktyabr 2023 12:22




Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şəmkir rayonunda yerləşən heyvandarlıq təsərrüfatı sahibləri ilə kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi işlərinin aparılması mövzusunda interaktiv formada görüş keçirilib.
Görüşdə Şəmkir rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin, Şəmkir rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerli nümayəndəliyinin və bələdiyyələrin əməkdaşları da iştirak ediblər.
Tədbirdə “Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi” (HİQS) barədə geniş məlumat verilib, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinə nəzarətin həyata keçirilməsi, heyvan və heyvan mənşəli məhsulların izlənməsi zamanı heyvanların identifikasiya olunmasının zəruriliyi izah olunub.
Qeyd edək ki, heyvanların identikləşdirilməsi heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən sistemdir.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.
Oxşar xəbərlər

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
29-30 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Lənkəran, Şəmkir rayonlarında fəaliyyət göstərən 12 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Kamboca Krallığının Kampot əyalətində və Bolqarıstan Respublikasının Dobriç vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
