Taxıl dəyirmanları və anbarlarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
4 Aprel 2023 17:46
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində cari ilin fevral və mart aylarında ölkə ərazisində fəaliyyət göstərən dəyirmanlarda və elevatorlu anbarlarda saxlanılan yerli istehsal olan taxıl (buğda) məhsullarının fitosanitar və qida təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilib.
Monitorinqlər zamanı Agentlik əməkdaşları tərəfindən ümumilikdə 31 taxıl nümunəsi götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına müayinələrin aparılması üçün təqdim edilib.
Sevindirici haldır ki, sınaq nəticələrinə əsasən, qida təhlükəsizliyi baxımından nümunələrdə uyğunsuzluq aşkar olunmayıb. Yalnız fitosanitar baxımından 4 nümunədə karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb ki, bunların da taxıl məhsullarının istehlakı ilə bağlı təhlükəsizliyinə mənfi təsiri yoxdur.
Aparılan monitorinqlərin nəticələrinə əsasən, AQTA yerli taxıl istehsalçılarına qida təhlükəsizliyi tələblərinə əməl etdiklərinə görə minnətdarlığını bildirir.
Fitosanitar baxış keçirilən taxıl dəyirmanları və elevatorlu anbarlar barədə aşağıdakı cədvəl vasitəsilə məlumat ala bilərsiniz:
|
№ |
Müəssisənin adı |
Fəaliyyət ünvanı |
Laborator nəticələr |
||
|
Karantin tətbiq edilən zərərvericilər |
Təhlükəsizlik göstəriciləri |
||||
|
Mikotoksinlər (Aflatoksin, Oxratoksin, Zearalenon) |
Ağır metallar (Qurğuşun, Kadmium) |
||||
|
1 |
"Qarabağ Un" MMC |
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 59 |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
2 |
"Taxıl Agro" MMC |
Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəs., S.Allahverdiyev küçəsi 300 |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
3 |
"AvroMAK" MMC |
Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 13 |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
4 |
"MKT İK" MMC |
Cəlilabad rayonu, Qarazəncir kəndi |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
5 |
f/ş Səfərov Hüseyn Qürbət oğlu |
Cəlilabad rayonu, Gülməmmədli kəndi |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
6 |
"Alılı" Fermer Kəndli Təsərrüfatı |
Cəlilabad rayonu, |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
7 |
f/ş Abdullayev Cavid Səhrab oğlu |
Kürdəmir rayonu, Qarasaqqal kəndi |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
8 |
"Kraun KO-R" MMC |
İmişli rayonu, |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
9 |
"Az Aqro Taxıl" MMC |
Ağcabədi rayonu, |
Acroption repens(L) DC (Sürünən kəkrə) aşkar edilib |
uyğundur |
uyğundur |
|
10 |
"Orxan" |
Ağdam rayonu, "Ergi" yaşayış məntəqəsi |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
11 |
f/ş Haqverdiyeva Rima |
Ağdam rayonu, Rzalar kəndi |
Acroptilon repens (L) DC. (Sürünən kəkrə) aşkar edilib |
uyğundur |
uyğundur |
|
12 |
f/ş Kazımov Tofiq |
Bərdə rayonu, Şirvalı kəndi |
Acroptilon repens (L) DC. (Sürünən kəkrə) aşkar edilib |
uyğundur |
uyğundur |
|
13 |
f/ş Ziyadov İkram |
Bərdə rayonu, Qazaxlar kəndi |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
14 |
Qarabağ Çörək Zavodu |
Bərdə rayonu, Bərdə şəhəri |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
15 |
f/ş İbayev Tahir |
Ağdam rayonu, Təzəkənd kəndi |
Acroptilon repens (L) DC. (Sürünən kəkrə) aşkar edilib |
uyğundur |
uyğundur |
|
16 |
"AGRO Dairy" MMC |
Hacıqabul rayonu, Muğan kəndi |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
17 |
f/ş Cəfərov Bəylər |
Hacıqabul rayonu, |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
18 |
f/ş Əcəmov Etibar |
Biləsuvar rayonu, Ağalıkənd kəndi |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
19 |
"Ulu Aqro" MMC |
Qax rayonu, Qaxbaş kəndi |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
20 |
f/ş Süleymanov Emin |
Şəki şəhəri |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
21 |
f/ş Ağacanov Ramin |
Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, ev 43 |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
22 |
f/ş Həmzəyev Nail |
Ağstafa rayonu, |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
23 |
f/ş Nəsibov Adil |
Ağstafa rayonu, |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
24 |
"Nural" MMC |
Tovuz rayonu, Abulbəyli kəndi |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
25 |
"Qazax rayonu Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı" MMC |
Qazax rayonu, İ.Şıxlı kəndi |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
26 |
"Xanlıqlar Group" MMC |
Qazax rayonu, Xanlıqlar kəndi |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
27 |
"Ağsu Aqro Park" QSC |
Ağsu rayonu, Çiyni kəndi |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
28 |
"GP Stock Feed" MMC |
İsmayıllı rayonu, Xəlilli kəndi |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
29 |
"Süsən Aqro" MMC |
Ağsu rayonu, Gəgəli kəndi |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
30 |
"Agro Dairy" MMC (Gəncə) |
Samux rayonu, |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
|
31 |
"Region Agro" MMC |
Goranboy rayonu, |
aşkarlanmayıb |
uyğundur |
uyğundur |
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş