Tovuzda fəaliyyət göstərən restoranda nöqsanlar aşkar olunub
18 Avqust 2023 17:58








Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Tovuz rayonu, Əsrik Cırdaxan kəndində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Dilqəm Əli oğluna məxsus “Cənnət” restoranında Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı sanitar norma və qaydaların, eləcə də qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Belə ki, ictimai iaşə müəssisəsində sanitariya qaydalarına riayət edilmədiyi, bəzi qida məhsullarının döşəmədən məsafə saxlanılmadan yığıldığı, işçilərin mütəmadi olaraq tibbi müayinədən keçmədikləri, qida məhsulları ilə təmasda olan sahələrin, səthlərin asan yuyula bilən, dezinfeksiyaedici məhsulların təsirinə davamlı materialdan hazırlanmadığı, suni havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılaraq nəzarətə götürülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.
Oxşar xəbərlər

Bərdədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Lək kəndində fəaliyyət göstərən “Qədiroğlu” MMC-yə məxsus “Qədiroğlu” marketdə yoxlama keçirib. Baxış zamanı marketdə yararlılıq müddəti bitmiş toyuq əti və şirniyyat, qanunvericiliyə uyğun etiket məlumatları olmayan ərik qurusu, müşayiətedici sənədləri olmayan ət məhsulları aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Biləsuvarda “Nur” şadlıq sarayında nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonu, Xırmandalı kəndində fəaliyyət göstərən Muxtarzadə Səbuhi Əlirahim oğluna məxsus “Nur” şadlıq sarayında yoxlama keçirib.

Yardımlıda ticarət obyektində istehlaka yararsız məhsulların satışının qarşısı alınıb
Yardımlı şəhəri, H.Əliyev küçəsi 245 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quluzadə Murad Möhübbət oğluna məxsus ticarət obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu məlum olub. Belə ki, ticarət obyektində istifadə müddəti bitmiş ümumi həcmi 47,16 litr olan müxtəlif əmtəə nişanlı alkoqollu və alkoqolsuz içkilərin, ümumi çəkisi 2,34 kq olan ət konservinin satışa çıxarıldığı aşkarlanıb. Eyni zamanda qida məhsullarının saxlanma qaydalarına və temperatur rejiminə əməl olunmadığı, işçinin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar məhv edilib.
