ÜHST-in Elm Komissiyası ölkəmizin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azadolma statusunu təsdiq edib
1 Mart 2024 09:39
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) prosedur qaydalarına uyğun təqdim edilən Hesabatına 2024-cü ilin 12-16 fevral tarixlərində təşkilatın Elm Komissiyasının iclasında baxılıb. İclasda “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, Azərbaycan Respublikasının xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə kimi tanınmasına dair müraciəti nəzərə alınaraq, Üzv Dövlətlərin xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyi Statusunun Qiymətləndirilməsi üzrə Xüsusi Qrupu tərəfindən sözügedən Hesabat təsdiq edilib.
Agentliyə ÜHST-in Baş direktorunun imzası ilə daxil olan məktuba əsasən, Elm Komissiyası ölkəmizin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə kimi tanınma tələblərinə cavab verdiyi qənaətinə gəlmiş və cari ilin may ayında Paris şəhərində keçiriləcək ÜHST Nümayəndələri Assambleyasının Ali Baş Sessiyasında statusun rəsmiləşdirilməsi və xüsusi sertifikatın təqdim olunacağı bildirilib.
Qeyd edək ki, sözügedən xəstəlikdən azadolma statusunun təsdiq olunması, ilk növbədə, beynəlxalq çağırışa qoşulmaqla ÜHST tərəfindən ölkəmizin baytarlıq sisteminə olan yüksək etibarının təzahürüdür ki, bu da digər xüsusi təhlükəli heyvan xəstəlikləri üzrə analoji yanaşmanın tətbiq edilməsinə şərait yaradır. Digər tərəfdən isə xəstəlikdən azadolma statusu xırdabuynuzlu heyvanların və onlara aid məhsulların ixracı, habelə ölkəmizin ərazisindən keçməklə tranzit daşınması imkanlarını genişləndirəcək.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş