Yüksək patogen quş qripi və blutanq xəstəliyi ilə bağlı müvəqqəti məhdudiyyət tətbiq olunub
29 Yanvar 2021 15:55
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Daxil olan məlumatlara əsasən, Çexiya Respublikasının Cənubi Çexiya (Jihocesky) və İtaliya Respublikasının Emiliya-Romanya (Emilia-Romagna) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi, Belçika Krallığının Antverp (Antwerp) inzibati ərazi vahidində blutanq xəstəliyi qeydə alınıb.
Bununla əlaqədar olaraq, Belçika Krallığının Antverp inzibati ərazi vahidindən bütün növ diri iri və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Çexiya Respublikasının Cənubi Çexiya və İtaliya Respublikasının Emiliya-Romanya inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Belçika Krallığından, Çexiya və İtaliya respublikalarından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Süfrəmizə gələn ətin təhlükəsizliyi haradan başlayır? - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin olunması heyvanın sağlamlığının və mənşəyinin nəzarətdə saxlanılmasından başlayır. Bu prosesdə heyvanların identifikasiyası və baytarlıq nəzarəti mühüm əhəmiyyət daşıyır.
Cəlilabadın Təzəkənd kəndində yerləşən heyvan satışı bazarının fəaliyyətinə icazə verilib - Video
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarının baytarlıq-sanitariya vəziyyətinin qiymətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Agentlik sədrinin müvafiq əmri ilə yaradılan komissiya tərəfindən heyvan bazarlarında aparılan yenidənqurma işlərinin mövcud tələblərə uyğunluğu yerində qiymətləndirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş