“Zərərvericilərə nəzarət proqramı və zərərvericilərdən azad ərazilərin yaradılması” mövzusunda seminar keçirilib
31 Yanvar 2020 16:10
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) təşkilatçılığı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilən “Qida Təhlükəsizliyi Agentliyində İnstitusional islahatlar və idarəetməyə dair texniki dəstək” layihəsi çərçivəsində “Zərərvericilərə nəzarət proqramı və zərərvericilərdən azad ərazilərin yaradılması” mövzusunda seminar keçirilib.
Seminarda çıxış edən Respublikanın Baş fitosanitar müfəttişi, AQTA-nın Bitki sağlamlığı şöbəsinin müdiri Xəyalə Dadaşova ölkəmizin fitosanitar vəziyyəti, bu sahədə sabitliyin qorunması, o cümlədən bitki və bitkiçilik məhsullarının istehsal və ixracının artırılması istiqamətində Agentlik tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Layihə çərçivəsində yerli mütəxəssislərə “Zərərvericilərə nəzarət proqramı və zərərvericilərdən azad ərazilərin yaradılması” mövzusunun günün aktual məsələlərindən olduğu və bu istiqamətdə görülən zəruri tədbirlərlə bağlı məlumatlar çatdırılıb.
FAO-nun fitosanitar sahə üzrə beynəlxalq eksperti Rinqolds Arnitis “Zərərli orqanizmlərə nəzarət proqramının beynəlxalq çərçivəsi, zərərvericilərə qarşı sorğu proqramı”, “Zərərvericilərdən azad ərazilər”, “Fitosanitar tədbirlər üzrə beynəlxalq standartlara uyğun idxal və ixrac” və s. mövzularda təqdimatlar edib, geniş müzakirələr aparılıb.
Sonra AQTA-nın, KTN yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri, FAO-nun Azərbaycan nümayəndələri və beynəlxalq ekspert Rinqolds Arnitis arasında görüş keçirilib. Görüşdə seminarın nəticələri müzakirə edilib, bununla yanaşı gələcək əməkdaşlığın daha da genişləndirilməsi, həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə müzakirələr aparılıb.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş