Qida Təhlükəsizliyi Agentliyi sahibkarlar üçün növbəti maarifləndirici videoçarx hazırlayıb. Videoçarxda qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin öz fəaliyyətlərini daha səmərəli və innovativ şəkildə həyata keçirmələri üçün qanunvericiliyin tələblərinə uyğun olaraq qida təhlükəsizliyi qeydiyyatından
2018-ci il 29 noyabr – 2 dekabr tarixlərində Türkiyənin ev sahibliyi ilə “Dünya Halal Zirvəsi və 6-cı İslam Əməkdaşlıq Təşkilatı Halal Sərgisi” təşkil olunacaq. Sərgidə maliyyə, turizm, kosmetika, tibb, kimya, qablaşdırma, islam həyat tərzi və mühafizəkar moda, cihazqayırma və s. kimi sahələrdə 250-dən çox beynəlxalq firmanın iştirakı nəzərdə tutulub. Təşki
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi və bu növ məhsulların təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması istiqamətində reallaşdırıla
Whatsapp mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə reallığı əks etdirməyən əsassız məlumatlar yayılıb. Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səsbəb olur. Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, hazırda idxal olunan və ölkədə istehsal olu
Son günlər bir sıra media orqanlarında və sosial şəbəkələrdə ölkəyə idxal olunan bəzi şirniyyat məhsulları ilə bağlı ümumiləşdirilmiş və dəqiq olmayan məlumatlar yer alıb. Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, qeyd olunan məhsullar (“Ozmo” əmtəə nişanlı “Ogopogo” keks, “ETİ” əmtəə nişanlı “Pop kek” (limon) və “Tutku&r
21 sentyabr 2018-ci il tarixində, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Asiya İnkişaf Bankının nümayəndələri Sok Yonq Yun, Səbinə Cəfərova, Maykl Robert Minqes, Andre Kvitovski, AQTA sədrinin müşaviri Elxan Mikayılov və agentliyin nümayəndələri iştirak edib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda yüksək məvacibli vakant vəzifələrin tutulması üçün müsahibə elan olunur. Müsahibədə ali təhsili olan mikrobioloqlar, virusoloqlar, xromatoqrafiya, AAS, İCP MS üzrə təcrübəsi olan kimyaçılar, PCR üzrə təcrübəsi olan genetiklər, magistratura dərəcəsi olan baytar həkimlər, keyfiyyətə nəzarət &u
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Çin Xalq Respublikasında keçirilmiş “İnkişaf etməkdə olan ölkələr üçün elektron hökümət və informasiya texnologiyalarının tətbiqi” mövzusunda təlimdə iştirak edib. Təlimdə Çin Xalq Respublikasında elektron hökümətin tətbiqi və onun nəticəsində əldə olunan na
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir. Bildirilir ki, son zamanlar Qida Təhlükəsizliyi Agentliyinə Bakı ətrafı qəsəbələrdə və öl
“KODEKS Alimentarius” Komissiyası Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 1963-cü ildə qida məhsulları standartlarının işlənib hazırlanması məqsədilə yaradılmışdır. 189 üzvü olan (188 üzv-ölkəni və bir təşkilatı – Avropa İttifaqının üzv olduğu) Kodeks Alimenta
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhərində fəaliyyət göstərən çörək istehsalı müəssisələrində qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir. Həyata keçirilən tədbirlər zamanı agentliyin əməkdaşları tərəfindən &cc
Dəyərli iş adamları! Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 1 iyul 2018-ci il tarixindən etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılmasına başlanılmışdır. Ancaq, təəssüf ki, qeydiyyatın başlamasından xeyli vaxt keçməsinə və prosedurun