Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Qanunsuz saxlanılan vəhşi heyvanlar xilas edilib
Qanunsuz saxlanılan vəhşi heyvanlar xilas edilib

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə Bakı şəhərində yerləşən uşaq bərbərxanası və əyləncə mərkəzi kimi fəaliyyət göstərən xidmət obyektində təcili araşdırma tədbirləri həyata keçirilib. IDEA İctimai Birliyinə daxil olan vətəndaş müraciəti əsasında həyata keçirilən birgə yoxlama nəticəsində “Poniland” adı altında xidmət göstərən obyektin ərazisində qanunsuz olaraq surikat, yenot, tovuzquşu, tirəndaz, poni, tısbağa, dəniz donuzcuğu, dovşan, keçi və göyərçin heyvan növlərinin saxlanıldığı məlum olub.  Bildiririk ki, vəhşi heyvanların, xüsusilə də təbii mühafizə olunan heyvan növlərinin müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan qapalı şəraitdə saxlanılmasına yol verilmir. Eyni zamanda, ev heyvanlarının bu tip ictimai təyinatlı obyektlərdə saxlanılması sanitariya-gigiyena normalarının pozulması olmaqla yanaşı, insan sağlamlığı üçün də xüsusi risk yaradır. Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən bütün heyvanlar ərazidən götürülüb, klinik şəraitdə müayinədən keçdikdən sonra daha sağlam və təhlükəsiz həyat yaşamaq üçün Bakı Zooloji Parkına yerləşdirilib. Qeyd edək ki, heyvanlara qarşı qayğıkeş və məsuliyyətli münasibət göstərilməli, vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməlidir. Bu kimi hallarla bağlı məlumatın verilməsi üçün IDEA İctimai Birliyinin “Təbiətə Təcili Yardım” proqramı çərçivəsində “1113” qaynar xətti fəaliyyət göstərir.

AQTA-dan sahibkarlara XƏBƏRDARLIQ: Qeydiyyatsız idman qidaları və BAQM-ların satışı qadağandır!
AQTA-dan sahibkarlara XƏBƏRDARLIQ: Qeydiyyatsız idman qidaları və BAQM-ların satışı qadağandır!

Son illər idman qidaları və bioloji aktiv qida məhsullarına (BAQM) olan marağın əhəmiyyətli dərəcədə artması bu sahədə fəaliyyət göstərən sahibkarların məsuliyyətini daha da artırır. Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edərək bildirir ki, bu məhsulların istehsalı, idxalı və satışı mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Xüsusilə sosial şəbəkələr üzərindən qeydiyyatsız və qanunsuz formada bu məhsulların satışı ilə məşğul olan sahibkarlıq subyektləri öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmalıdırlar: -    Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilən və qida təhlükəsizliyi tələblərinə cavab verən idman qidaları və BAQM-lar mütləq Agentlik tərəfindən verilmiş idxal sağlamlıq aktına malik olmalıdır; -    BAQM-ların emalı və dövriyyəsinə yalnız Agentlik tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra icazə verilir; -    Qeydiyyata alınmayan məhsulların istehsalı, emalı və dövriyyəsi qanunla qadağandır. Qeyd edək ki, sahibkarlar satışa çıxardıqları məhsulları mənşəyi, tərkibi və təhlükəsizliyi ilə bağlı bütün zəruri sənədlərlə təmin etməli, etiketlənmə qaydalarına ciddi riayət etməli və istehlakçıların yanlış məlumatlandırılmasının qarşısını almalıdırlar. Agentlik tərəfindən bu sahədə nəzarət tədbirləri davam etdirilir. Qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildiyi təqdirdə müvafiq tədbirlər görüləcəkdir.

AQTİ Ankarada keçirilən I Beynəlxalq Halal Akkreditasiya Konfransında təmsil olunub
AQTİ Ankarada keçirilən I Beynəlxalq Halal Akkreditasiya Konfransında təmsil olunub

6–8 aprel tarixlərində Ankara şəhərində Türkiyə Respublikasının Ticarət Nazirliyi və Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən təşkil olunan “I Beynəlxalq Halal Akkreditasiya Konfransı” keçirilib. Beynəlxalq tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunu (AQTİ) İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov təmsil edib. Konfrans çərçivəsində halal akkreditasiya sistemlərinin inkişafı, uyğunluğun qiymətləndirilməsi mexanizmləri, beynəlxalq standartların tətbiqi, eləcə də bu sahədə qarşılıqlı tanınma və əməkdaşlıq imkanları müzakirə olunub. Üç gün davam edən konfransın proqramına uyğun olaraq müxtəlif ölkələrin akkreditasiya qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların ekspertləri və sahə üzrə mütəxəssislər tərəfindən təqdimatlar keçirilib, panel müzakirələri təşkil olunub. Tədbir çərçivəsində halal akkreditasiya sahəsində mövcud çağırışlar, texniki yanaşmalar və gələcək inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. AQTİ nümayəndəsi konfrans müddətində beynəlxalq tərəfdaşlarla görüşlər keçirib, Azərbaycan təcrübəsi və ölkəmizdə halal uyğunluğun qiymətləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib. Eyni zamanda, gələcək əməkdaşlıq imkanları müzakirə olunub və yeni əlaqələrin qurulması istiqamətində addımlar atılıb. Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 2024-cü ilin oktyabr ayında Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub. Bu akkreditasiya ölkəmizdə halal uyğunluğun qiymətləndirilməsi sisteminin beynəlxalq tələblərə uyğunluğunu təsdiqləməklə yanaşı, yerli məhsulların ixrac potensialının artırılmasına və qlobal bazarlara çıxış imkanlarının genişlənməsinə töhfə verir. AQTİ-nin bu kimi beynəlxalq platformalarda fəal iştirakı qurumun institusional potensialının gücləndirilməsi, qabaqcıl təcrübələrin ölkəmizə tətbiqi və halal infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərin davamlılığını təmin edir.

Pestisid və aqrokimyəvi maddələrin dövriyyəsi ilə bağlı 203 obyektdə monitorinq aparılıb
Pestisid və aqrokimyəvi maddələrin dövriyyəsi ilə bağlı 203 obyektdə monitorinq aparılıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən pestisid və aqrokimyəvi maddələrin istehsalı, saxlanması, satışı və tətbiqinə nəzarət tədbirləri davam etdirilir. Nazirlər Kabineti yanında yaradılmış “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası”nın 2025–2026-cı illər üzrə İş Planına uyğun olaraq, 203 obyektdə monitorinq aparılıb. Monitorinq zamanı müəssisələrin texniki təhlükəsizlik və sanitariya-gigiyena tələblərinə uyğunluğu qiymətləndirilib, şübhəli məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, eyni zamanda qeydiyyatsız, tərkibi qadağan edilmiş, hermetikliyi pozulmuş və istifadə müddəti bitmiş preparatların dövriyyəyə buraxılmasının qarşısı alınıb. Belə ki, 2026-cı ilin ilk 3 ayı ərzində aparılmış monitorinq və yoxlamalar zamanı ümumilikdə 43 müəssisədə istifadəyə yararsız 146 adda (805,5 kq/litr) pestisid və 62 adda (3602,5 kq/litr) aqrokimyəvi maddə aşkar edilərək İnventarlaşdırma Komissiyasının müvafiq qərarlarına əsasən, xüsusi poliqonlara göndərilib və təhlükəsiz şəkildə zərərsizləşdirilməsi təmin olunub. Görülən tədbirlərin əsas məqsədi pestisid və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması, saxtalaşdırma hallarının qarşısının alınması və fermerlərin keyfiyyətli preparatlara əlçatanlığının təmin edilməsidir. Agentlik fermerləri və digər istifadəçiləri istifadə müddəti bitmiş, hermetikliyi pozulmuş və mənşəyi şübhəli məhsulları əldə etməməyə çağırır. Şübhəli, uyğunsuz və ya keyfiyyətsiz məhsulla qarşılaşdıqda Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat verilməsi tövsiyə olunur.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

Multimedia

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?

Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Ramazan ayında qidalanma zamanı nələrə diqqət edək?

Ramazan ayında qidalanma zamanı nələrə diqqət edək?